Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

İnsan sağlamliğina verilən dəyər

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Həyat yoldaşı şəhid olan Əməkdar artist

Həyat yoldaşı şəhid olan Əməkdar artist

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Onun həyat yolu elə də hamar olmayıb. Ömür-gün yoldaşı Zahid şəhid olanda hətta zünə qəsd də etmək  istəyib. Amma anlayıb ki, bir ana kimi yaşamağa borcludur - beşikdə qırx günlük övladı var. Oğlu Rüfəti özünün təlismanı hesab edir. Düşünür ki, həyatda onu çox şeylərdən məhz, o qoruyub. Ən çətin anlarında, ən kədərli günlərində yeganə oğlunu güvənc yeri bilib, ona sığınıb, onunla təsəlli tapıb...

“Güclü qadınlar ilham yerimdir. Belə qadınlara həsəd aparır, qibtə edirəm. Onlardan - İngiltərənin və Türkiyənin keçmiş baş nazirləri Marqaret Tetçer və Tansu Çilləri, habelə Almaniyanın sabiq kansleri Angela Merkeli və Amerikanın dövlət katibi olmuş Hillari Klintonu göstərə bilərəm. Onlar zərif çiyinlərində böyük dövlətlərin yükünü çəkiblər, ölkəni idarə ediblər. Mən belə xanımlara xüsusi rəğbət bəsləyirəm. Ruhu şad olsun, ağlım kəsəndən Rübabə Muradovaya pərəstiş edirdim, sənətinin heyranıydım. Nəzakət Məmmədovanı çox sevirdim. Həm sənətçi, həm də ictimai-siyasi xadim kimi Zeynəb Xanlarovanın xətrini dünyalar qədər çox istəyirəm. Mən bu gün də onlardan öyrənirəm...”, - opera müğənnisi, Əməkdar artist Gülüstan Əliyeva deyir.
O, 8 aprel 1967-ci ildə Yevlaxda dünyaya gəlib. Kiçik yaşlarından musiqi ilə məşğul olduğuna görə, atası onu Yevlax Pionerlər evindəki dərnəyə yazdırıb. Sonra o, musiqi təhsilini musiqi məktəbində davam etdirib. On beş yaşında olarkən Gənc İstedadların Respublika Müsabiqəsinin qalibi olub və Bakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul edilib. Burada Xalq artisti İslam Rzayevin sinfində muğamın sirlərini öyrənib. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirərək elə həmin il Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasının muğam sinfinin tələbəsi olub və 1990-cı ildə həmən sinifi bitirib. Müəllimi Xalq artisti, professor Arif Babayevdir...

Qəlbi çox təmizdir. Açıq danışmağı xoşlayan xanımdır. Dostluqda sədaqətli, yoldşlıqda mehribandır. Dostluq onun üçün o qədər dəyərlidir ki, dostu üçün canını qurban verməyə hazırdır...

“Dostluq etməyi sevən və bacaran bir insanam. Əlbəttə, elə olub ki, dəfələrlə yanılmışam, illərlə dost bildiklərimdən zərbələr almışam. Sən demə, düşündüyüm kimi insanlar deyilmişlər. Mənim adımdan, maddi vəziyyətimdən, şan-şöhrətimdən istifadə etmək üçün özlərini dost kimi göstəriblər. İndi bir-iki dostum qalıb, onlar da sənət həmkarlarım deyil. Bilirsiniz, insan yaşa dolduqca və kamilləşdikcə düşünür ki, adamın əsl dostu Allahdır və özünlə də dost olmağa çalışmalısan. Tək-tənha oturub düşünməyi, hansısa restorana gedib tək yemək yeməyi, tək başına kofe içməyi, tək başına hanısa ölkədən ölkəyə səyahət etməyi, özünü sevməyi bacarmalısan. Düşünürəm ki, o zaman sənə kimsə lazım olmayacaq. “Dostsuz insan qanadsız quşdur”, “təklik zülümdür”- bütün bunların hamısı cəfəngiyyat imiş”,- söyləyir.

Həyat yoldaşı, Əhmədov Zahid Fərrux oğlu sağlığında Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Təyinatını DİN zabiti olaraq Cəbrayıla alıb. 1991-ci ildə Cəbrayıl rayonunda xidməti vəzifəsini yerinə yetirərkən Zamzur kəndində şəhid olub...

“Tələbəydim və Zahidlə münasibətlərimizi artıq rəsmiləşdirmək ərəfəsində idik. Yevlaxa getmişdim. Bir gün yaşı ötmüş bir qohum qız dedi ki, gəl mənimlə molla yanına gedək, kitab açdırmaq istəyirəm. Mən çox cavan idim və belə şeylərə qətiyyən inanmırdım. Nə isə getdik. O, qız üçün kitab açdı, baxdı və s. Sonra mənə qayıtdı ki, ay yolu uzaq, bəxti yarımçıq qız, gəl sənə də kitab açım. Dedi ki, belə bir oğlana ərə getmək istəyirsən, amma fikrindən daşın, ona getmə. O vaxt Zahidin ürəyində müəyyən problemlər vardı. Ağlıma gəldi ki, yəqin ona görə belə deyir. Qapıdan çıxanda bərk-bərk tapşırdı ki, növbəti dəfə mütləq ananla gəl. Xala xətrin qalmasın, növbəti dəfə anamı da götürüb getdim yanına. Evə qayıdanda qiyamət başladı. Anam daş atıb başını tutur, özünü yeyib tökürdü ki, bala, getmə o oğlana. Amma mən heç kimə və heç nəyə baxmadım, dediyimin üstündə qaldım. Bizə dörd gün toy çalındı. Sonra? Sonrası da belə...”.

Əmək fəaliyyətinə 1992-ci ildə Beylaqan royonu Günəşli qəsəbə məktəbində musiqi müəllimi kimi başlayıb. 1993-cü ildə Cəbrayıl rayonu işğal olunduqdan sonra məcburi köçkün kimi Bakiya qəlib. Əvvəlcə Sabunçu rayonunun 170 saylı orta məktəbində müəllimlik edib. Eyni zamanda Muğam Teatrında işləyib. 1995-ci ildən isə opera müğənnisi kimi Opera və Balet Teatrında işə başlayıb və bu günə qədər Opera və Balet Teatrında yüksək dərəcəli solist kimi çalışır. 2003-cü ildən Azərbaycan Milli Konservatoriyanın muğam kafedrasının müəllimi, 2015-ci ildən baş müəllimi, 2017-ci ildən isə kafedranın dosentidir. 2022-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib...

“İyirmi iki ildir ki, Milli Konservatoriyanın müəllimiyəm. Artıq səkkiz ildən çoxdur ki, orda dosentəm. Bilirsiniz, insanlar peşə seçəndə yerlərində olmalıdırlar. Yerində olanları da var, olmayanları da var. Ola bilər ki, birinin çox böyük səsi yoxdur, məşhur müğənni olmayacaq, amma o qədər gözəl bir insandır ki. Belələrini biz böyük səs tembrləri olmadığı üçün heç vaxt kənara qoymuruq. Biz ali təhsil müəssisələrində cəmiyyət üçün dəyərli insanlar yetişdiririk. O gənclərin elə müsbət xüsusiyyətləri gözümüz önünə sərilir ki, düşünürsən, heç də vacib deyil, o məşhur müğənni olsun. Qoy gözəl bir müəllim olsun, gözəl bir ailə başçısı, ailədə gözəl bir tərbiyəçi, ana, ata, yaxud gözəl bir mədəniyyət işçisi olsun. Bilirsiniz, bütün belələri cəmiyyətin xeyrinədir, cəmiyyətə lazım olan insanlardır. Bax bu cür yanaşmaq lazımdır gənclərə. Onlarla dost olmaq lazımdır. Mən belə düşünürəm. Əgər tələbə müəllimi sevirsə o, dərsdə özünü təsdiqləmək üçün edə bilməyəcəyi şeyləri də edəcək. Mənim belə tələbələrim az deyil. Mən onları çox sevirəm. Olduqları kimi qəbul edirəm və bildiklərimi onlarla paylaşıram. Dərsdən əlavə, mən onlara həyat dərsi keçirəm, söhbətlər edirəm. Qəzəllərlə, musiqi ilə, tam başqa bir sahə haqqında ayrca danışıram. Bütün bunlar gənclərin formalaşmasında çox müsbət təsirlərə malikdir, çox böyük dəyərli işlərdir. Həmişə bunları etməyə çalışıram”.

Yuxarıda qeyd etdiyim kimi, Gülüstan xanım həm də 1995-ci ildən Akademik Opera və Balet teatrının solistidir. İlk dəfə "Leyli və Məcnun" operasında Məcnunun anası rolunu oynayıb. Sonra da "Leyli və Məcnun"da Leyli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Gəlin qayası"nda Sənəm, "Arşın mal alan"da Cahan, "O olmasın, bu olsun"da Sənəm, "Natəvan"da xanəndə qız obrazlarını yaradıb...

Aprelin 8-i opera müğənnisi, əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülüstan Əliyevanın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, fəaliyyətində uğurlar arzulayıram.

Hörmətlə, Elman Eldaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Aprel 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see414

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see334

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see262

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see262

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see255

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see254

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see248

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see245

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see238

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see238

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see232

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see231

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see225

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see225

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see213

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see207

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see204

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see203

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see195

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri