Əməkdar artist özünə qadağa qoyub: “Bu cür rollarda çəkilməyəcəyəm“ VİDEO
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı Əməkdar artist, teatr və kino aktyoru Elşən Rüstəmov olub.
Sənətçi rollara olan münasibətindən və ekran işlərində qarşılaşdığı məqamlardan söz açıb:
"Aktyor öz təbiəti etibarilə rollara qarşı bir az acgöz olur. Bir ara elə filmlərimiz oldu ki, orada söyüş söyməli idim. Aktyor kimi hər şeyi bacarmalıyam. Dedim, yoxlayım, görüm, alınır, ya yox. Mənim üçün bir laboratoriya, sınaq meydanı kimi idi. Amma bir neçə filmdən sonra dərk etdim ki, yox, olmaz. Çünki söyüş söyən deyiləm və özümə qadağa qoydum ki, bu cür rollar olanda çəkilməyim".
O, yaşlanmaqdan qorxmadığını və sənətdə hələ də ən böyük rolunu gözlədiyini vurğulayıb: "Yaşlanmaqdan qorxmuram. Aktyor həmişə "partladacağı" rolu gözləyir. Hələ də o ümidlə bu sənətdəyəm. Ən böyük rolumu gözləyirəm, çünki xəyallar bitmir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 15 Sentyabr 2026 08:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















