Əməkdar incəsənət xadiminin baxımsız məzarı FOTO
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Əməkdar incəsənət xadimi Cavad Mircavadovun məzarına dair paylaşım müzakirə doğurub.
“Yeni Sabah” xəbər verir ki, jurnalist Ülviyyə Heydərova sosial şəbəkə hesabında rəssamın məzarının fotosunu dərc edib.
O, böyük sənətkarın məzarının nəzarətə götürülərək bərpa olunmasını istəyib: Dördpendirli pizza
“Ümid edirəm, böyük rəssamın məzarı aidiyyəti qurumlar, təşkilatlar tərəfindən nəzarətə götürülərək bərpa olunacaq. Sual oluna bilər ki, bəs, hanı Mircavadın ailəsi? Yoxdur ailəsi. Həyat yoldaşı Lyuba xanım bir neçə il əvvəl rəhmətə gedib. Yeganə oğlu, bildiyim qədərilə, Danimarkada yaşayır və ölkə ilə yaxından, uzaqdan əlaqəsi yoxdur”.
Jurnalist bildirib ki, milli və mənəvi dəyərlərə sahib çıxmaq cəmiyyətin üzərinə düşən məsuliyyətdir:
“Amma biz ki varıq. Ölkənin milli, mənəvi dəyərlərinə sahib çıxmağa ki gücümüz var”
Xatırlatma: C.Mircavadov 1992-ci ildə Kopenhagen-Moskva qatarında yol gedərkən vəfat edib. O, rəssam Tofiq Cavadovun qardaşıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 17 Avqust 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















