Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

Əməkdar incəsənət xadimi Cəmil Quliyev...

Əməkdar incəsənət xadimi Cəmil Quliyev...

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cəmil Quliyev- 62
Onun barəsində müsbət danışanlar da var, şikayət edənlər də. Bu da təbii haldır, axı bir insanı hamı sevə bilməz ki. Vəzifə elə bir məsuliyyətdir ki, tələbkar olmasan uğurlara nail ola bilməzsən. Tələbkar olanda da kimlərinsə narazılığına səbəb olur, kimlərisə narazı salırsan. Məsələn, o, İTV-yə rəhbərlik etdiyi dövrlərdə tanınmış telejurnalist, o vaxtlar İTV-də yayımlanan “Qərib axşamlar” verilişinin aparıcısı Yusif Günaydın onun haqqında sərt yazı ilə çıxış edib. 2015-ci ildə qələmə aldığı bu yazıda deyilir: “Bəli, bizim ünsiyyətimizin 30 ilə yaxın bir tarixi var. İlk dəfə onunla yaxından tanış olanda, 24-25 yaşlı qırmızıyanaq bir gənc idi. Oxuyub öyrənmək, görüb-götürmək həvəsində idi. O dövrdəki birgə fəaliyyətimizin təfərrüatına varmadan qeyd etmək istəyirəm ki, onun İTV-yə rəhbər gəldikdən sonra mənə qarşı olan, mülayim desəm, qeyri-obyektiv münasibəti- bu münasibətin hansı qaynaqdan qidalandığı haqda düşünmək belə istəmirəm, fakt budur ki, bu neqativ hal məni uzun illər boyu həm bir iş yoldaşı, həm də bir insan kimi yaxşı tanıyan şəxsin tərəfindən həyata keçirildi, mənim fəaliyyətimi müxtəlif üsullarla gözdən salmaq cəhdləri xatırlandıqca, onun adı ilə bağlı nə varsa, çoxdan xoş xatirələr düzümündən çıxıb, təəssüflər doğuran keçmişə çevrilib. Doğrudan da insanı tanımaq asan məsələ deyilmiş...”
Bu dəfə haqqında söhbət açdığım şəxs- Cəmil Quliyevdir. O, 1963-cü ildə Bakı şəhərində anadan olub. Əslən Cəlilabad rayonundandır. Əməkdar incəsənət xadimi, mərhum professor Elşad Quliyevin oğludur. 1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinomatoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə bitirib. Elə həmin ildən də “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rejissor kimi əmək fəaliyyətinə başlayıb, bir çox sənədli və bədii filmlərə quruluş verib. Onun quruluş verdiyi filmlər bir sıra xarici ölkələrdə Beynəlxalq festivallarda iştirak edib. 1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olur. Bir müddət həmin Universitetin “Kino və televiziya sənəti” kafedrasının müdiri və dosenti olub. Hal-hazırda həmin universitetin professorudur. Xidmətləri “Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi” fəxri adı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub...
Deyir ki:- “Məktəb illərindən ictimai işlərlə məşğul olmağı çox sevmişəm. Məktəbimizdə ilk dram dərnəyini mən təşkil etmişdim, ən yaxşı şeir ifaçılığı üzrə müsabiqə keçirmişdik və s. Sizə ötən əsrin 70-ci illərinin əvvəllərindən danışıram. Sonralar Ümumittifaq Kinematoqrafiya İnstitutunda oxuyanda da ictimai fəaliyyəti davam etdirdim. İndiyə kimi həmin təhsil ocağına daxil olduğum anı unutmuram. O zaman bu instituta daxil olmaq çox çətin idi. Müsabiqədə iştirak etmək üçün respublika kino təşkilatından göndəriş tələb olunurdu. Mən ərizə ilə kino təşkilatına müraciət etdim, amma “yox” cavabı aldım. Bu məsələ ilə bağlı atam Heydər Əliyevə müraciət elədi və o da bu məsələni həll etmək göstərişi verdi. Sonra mən göndəriş aldım və imtahan verib qəbul olundum. Ona görə də həyatım boyu Heydər Əliyevə borcluyam, mənə kinoya vəsiqəni məhz o, verib. Bilirsiniz ki, 2012-ci ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibiyəm. Bu, çox məsuliyyətli vəzifədir. Bundan əvvəl də keçmiş ittifaqın 12 ilə yaxın katibi olmuşam. Hazırda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında ictimai əsaslarla çalışıram...”
Cəmil Quliyev filmlərdə həm aktyor kimi və həm də rejissor kimi sınaqdan çıxıb, öz dəsti xətti olan adamdır. “Alma almaya bənzər”, “Murad-Sad”, “Otel otağı”, “Nə gözəldir bu dünya” filmlərində aktyor kimi çıxış edibsə də, iyirmi beşdən yuxarı filmin rejissoru olub. Bütün bunlardan əlavə altı filmin ssenari müəllifi, dörd filmin bədii rəhbəridir. Hələ məsləhətçisi, prodüsseri olduğu filmlərdən söhbət açıb sizi yormaq istəmirəm...
“Bəli, əmək haqqı almadan fəaliyyət göstərirəm. Amma çalışıram ki, ittifaqdakı işlərim pedaqoji fəaliyyətimə mane olmasın. Mədəniyyət və İncəsənət Universitetinin professoruyam. Özümü bu universitetsiz təsəvvür edə bilmirəm. Çünki mənim üçün doğma kollektivdir. Kinonun çətin günlərində universitet mənə öz qapılarını açıb. 1987-ci ildə SSRİ çökməyə başlamışdı, kino sahəsi böhran keçirirdi. O dövrdən taleyimi bu universitetlə bağladım və 12 ilə yaxın “Kino və Televiziya Sənəti” kafedrasının müdiri oldum. Gələn il pedaqoji fəaliyyətimin 37 ili tamam olacaq. Fəxr edirəm ki, 2004-cü ildə məhz Mədəniyyət və İncəsənət Universitetinin təqdimatı ilə mənə əməkdar incəsənət xadimi fəxri adı verilib.”- söyləyir.
Bu onun fikirləridir, amma etiraf edək ki, Cəmil müəllimin Azərbaycan mədəniyyətinə böyük töhfələri olub. Belə olmasaydı, onun xidmətlərini "Humay", "Zirvə" mükafatları, "Əməkdar incəsənət xadimi" fəxri adı, “Fəxri Mədəniyyət İşçisi”, "Akademik Yusif Məmmədəliyev" medalı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırmazdılar. Üstəlik 2019-cu ildən üzübəri altı ildir ki, Prezident mükafatı alır. Deməli, bu mükafatlar ona əbəs yerə verilməyib...
Deyir ki:- “İndi ölkəmizdə çox istedadlı rejissorlar yetişib və maraqlı, diqqət cəlb edən filmlər istehsal olunur. Məsələn, Elxan Cəfərovun filmlərini, xüsusən də “Dolu” filmini qeyd edə bilərəm. İctimai Televiziyada işləyərkən bu filmi tez-tez göstərirdik. Bundan başqa, Şamil Əliyevin “Çölçü”, Elçin Musaoğlunun “Nabat”, İlqar Nəcəfin “Buta”, Fariz Əhmədovun, Yusif Quliyevin sənədli filmlərinin adlarını çəkə bilərəm. Bəzən cəmiyyətdə “Niyə bizim filmlərimiz uğursuz alınır?” sualı səslənir. Unutmayaq ki, kino çətin sənətdir, hər bir rejissor bir neçə film çəkməlidir ki, püxtələşsin, öz dəst-xəttini tapsın. Azərbaycan kinosu öz yaradıcılıq yolunun axtarışındadır. Kinomuzun uğurlu gələcəyinə inanıram...”
Nə isə, sözümün canı odur ki, Cəmil Quliyev bu xalq üçün sıradan bir kəs deyil, kifayyət qədər xidmətləri olan adamdır.
İyulun 3-də Cəmil müəllimin növbəti ad günüdür, 62 yaşı tamam olur. Ona möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram. Çox yaşasın!..

Elman Eldaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 01 İyul 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see323

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see298

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see294

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see251

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see248

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see240

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see228

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see224

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see219

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see209

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see208

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see202

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see198

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see194

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see193

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see191

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see190

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see181

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri