Əməkdar mədəniyyət işçisi: Aparıcılar ifaçıları reytinq üçün yoldan çıxarırlar
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Əməkdar mədəniyyət işçisi, aşıq Ulduz Sönməz olub.
Verilişdə o, efirdəki bayağı aparıcı və ifaçılardan gileylənib:
"Bir çox kanallar məni proqramlara dəvət etsələr də, getmirəm. Çünki aparıcılar savadsızdırlar. Bəzən qonağa elə suallar verirlər ki, adamın gülməyi gəlir. Ekranda kiminsə lazımsız hərəkətini görəndə xəcalətimdən ölürəm. Aparıcılar reytinqə görə ifaçıları yoldan çıxarırlar. İndiki gənclərə tövsiyəm odur ki, efirdə yerli-yersiz danışmasınlar".
Ulduz Sönməz, həmçinin aşıq sənətinin çətinliklərindən bəhs edib.
"Keçmişdən bəri dildən-dilə gələrək günümüzə çatan ozan sənəti çox müqəddəsdir. Onu qoruyub saxlamaq hər sənətkara nəsib olmur. Aşıq şeirləri olduqca zəngindir. Hər aşıq da onun bütün formalarında yaza bilmir. İstəyirəm ki, sazımız toxunulmaz olsun. Bu sənəti qorumaq vacibdir. Çünki o, türk dünyasının vəsiqəsidir", - deyə Əməkdar mədəniyyət işçisi bildirib.


