Icma.az
close
up
RU
Əməkdar pilot: Təyyarəyə qəlpələr dəyib ŞOK FAKTLAR

Əməkdar pilot: Təyyarəyə qəlpələr dəyib ŞOK FAKTLAR

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

"Bakı-Qroznı istiqaməti üzrə hərəkət edən “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhərində qəzaya uğramasına səbəb olaraq təyyarənin salonunda qaz balonunun partlaması versiyasının irəli sürülməsi absurddur".

Bakıvaxtı.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Azərbaycanın Əməkdar pilotu Tahir Ağaquliyev bildirib.

Tahir Ağaquliyev bildirib ki, təyyarənin göyərtəsində qaz balonları yoxdur, oksigen balonu var.

“Oksigen balonundan da hər hansı problem yarandığı hallarda istifadə olunur ki, sərnişinlər rahat nəfəs ala bilsinlər. Yalandan yazırlar ki, balon partlayıb. Belə şey ola bilməz”, - deyə Tahir Ağaquliyev qeyd edib.

Tahir Ağaquliyev bildirib ki, təyyarənin zədələnməsi raket partlayışından qəlpələrin yayılması nəticəsində baş verib: “Bunlar hidravlik sistemi, hidravlikanı zədələyən raket parçalarıdır. Təyyarənin sükanı hidravlika əsasında işləyir”.

Əməkdar pilot onu da vurğulayıb ki, göyərtədə oksigen maskalarının açılması yalnız salonun kipliyinin pozulması nəticəsində baş verir.

“Raket özü təyyarəyə dəyməyib, təyyarəyə qəlpələr dəyib. Raket haradasa 10 metr aralıda təyyarəyə çatmamış partlayıb. Balon məsələsi isə cəfəngiyyat, absurddur. Sadəcə, deməyə sözləri qalmayıb, kirlərini necə yuyacaqlarını bilmirlər”, - Tahir Ağaquliyev vurğulayıb.

Qeyd edək ki, Rusiya və digər ölkələrin informasiya resursları AZAL-ın təyyarəsinin qəzaya uğramasına səbəb kimi salonda qaz balonunun partlaması versiyasını yayır.

Məlumat üçün deyək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Dekabr 2024 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see372

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see223

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see217

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see200

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see184

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see179

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see176

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see173

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see151

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see140

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see139

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see133

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see129

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see128

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri