Icma.az
close
up
RU
Əməkdaşlığın yol xəritəsini Prezidentin müsahibəsində gördük ŞƏRH EDİLDİ

Əməkdaşlığın yol xəritəsini Prezidentin müsahibəsində gördük ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Azərbaycan Prezidentinin "Vietnam News Agency" agentliyinə müsahibəsi Çinin media orqanları ilə geniş əməkdaşlıqdan sonra başlanmış prosesin davamı və uzantısı kimi dəyərləndirilə bilər". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, Azərbaycanın xarici, iqtisadi, ticarət, investisiya əlaqələrinin inkişafında Cənub-şərqi Asiyaya doğru yeni bir istiqamət açılır: "İndiyə kimi bu istiqamətin əsas ağırlıq gücünü Çinə yönəlik görürdük. İndiki şəraitdə Çinlə bağlı planlar və fəaliyyətlər öz yerində qalmaq şərtilə Cənub-Şərqi Asiyanın inkişaf etmiş ölkələrinə, o cümlədən də Vyetnama, digərlərinə yönəlik istiqamətdə yeni fəaliyyətlərin şahidi oluruq. Hansı ki, Azərbaycan Vyetnamla hərtərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində çox geniş tarixi fundamentə malikdir. Hələ Sovet dövründən həm SSRİ-nin xətti ilə, həm də SSRİ-nin bir respublikası olaraq Azərbaycanla Vyetnamın arasında mədəni, elmi, təhsil sahələrində xeyli yığılmış təcrübə mövcuddur. Bu nöqteyi-nəzərdən Vyetnamla Azərbaycanın əməkdaşlığının indiki şəraitdə genişləndirilməsi həm tarixi zərurətdir, həm də ənənələrə sadiqliyin nümunəsi kimi ortaya çıxır. Həm Sovet dövründən bazası qoyulmuş hərtərəfli əməkdaşlıq davam etdirilir, həm də bu gün Prezidentin müsahibəsində də ifadə olunduğu kimi Azərbaycan və Vyetnam əlaqələrinin çox geniş potensialları mövcuddur. Xüsusilə, ölkə Prezidentinin Azərbaycanla Vyetnamın arasında ticarət, təhsil, tələbə mübadiləsi sahəsində əməkdaşlıqlarla yanaşı tam yeni istiqamətlər üçün də böyük potensialların və imkanların olduğu göstərildi. Prezidentin müsahibəsində o fikirlər çox təqdirəlayiqdir ki, Azərbaycanla Vyetnamın arasında yaşıl enerji sahəsində, investisiya qoyuluşu, turizm sahələrində əməkdaşlığı genişləndirmək imkanları çox böyükdür. Bu cəhətdən həm qarşılıqlı investisiyalar, həm kənd təsərrüfatı, həm mədəni əlaqələr, həm də Vyetnamda yaşıl enerjinin, bərpa olunan enerji infrastrukturlarının yaradılmasında Azərbaycanın təcrübəsinin tətbiqi iki dövlətin arasındakı münasibətlərdə çox böyük önəm daşıyacaq. Həm də Prezidentin müsahibəsində göstərdiyi istiqamətlərdə əməkdaşlığın açılması və inkişaf etdirilməsi Azərbaycan-Vyetnam əlaqələrini dövlətlər üçün bir nümunə və təcrübə mənbəyi səviyyəsinə gətirib çıxaracaq gücə malik olduğunu görürük. Yəni bu istiqamətdə işlər görülsə, Azərbaycan-Vyetnam əlaqələri çox dövlətlərin arasında münasibətlər üçün bir nümunə modelinə çevrilə bilər.

Bir sözlə, cənub-şərqi Asiya ölkələrinə yönəlik Azərbaycanın xarici iqtisadi fəaliyyətinin yeni imkanları açılır. Bunun bariz nümunəsi isə Vyetnamdır. Hansı ki, Vyetnamla əməkdaşlığın hərtərəfli şəkildə genişləndirilməsinin yol xəritəsini məhz Prezidentin müsahibəsində gördük. Ona görə, bu müsahibəni geniş şəraitdə Azərbaycan-Vyetnam iqtisadi-ticarət əlaqələrinin yol xəritəsi də hesab etmək olar".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 May 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri