Icma.az
close
up
RU
Prezidentin media ictimaiyyətini qiymətləndirməsi fəxarətdir ŞƏRH EDİLDİ

Prezidentin media ictimaiyyətini qiymətləndirməsi fəxarətdir ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı media ictimaiyyəti üçün bir neçə istiqamətdə mühüm əhəmiyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, Sərəncamda Azərbaycan media ictimaiyyətinin ötən dövrdəki fəaliyyəti yüksək formada qiymətləndirilir: "Bu kontekstdə jurnalistlərimizin Vətən müharibəsi dövründə sərgilədiyi fəaliyyətə xüsusi diqqət yetirilir. Qeyd olunur ki, Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün yüksək səy göstərmişdir. Bu cümlələr mediamızın həm peşəkar, həm də vətənpərvər olduğunu göstərir. Prezidentin Azərbaycan media ictimaiyyətini bu formada qiymətləndirməsi yüksək fəxarətdir və bizlərə qürur verir.

Məsələnin digər bir tərəfi ondan ibarətdir ki, Sərəncam Milli Mətbuatının 150 illiyinin yüksək səviyyədə qeyd olunması üçün çoxsaylı tədbirlərin keçirilməsini tapşırır. Bunun üçün müvafiq strukturlar qarşısında vəzifələr qoyur. Ənənədən çıxış edib deyə bilərik ki, bu tədbirlər təkcə tarixi anım günlərinin qeyd olunması ilə yekunlaşmayacaq, həm də mediamızın gələcək inkişafına təkan verən addımların atılması ilə müşaiyət olunacaq. Nəzərə alaq ki, Azərbaycan Prezidenti bundan öncə “Azərbaycan media məkanında islahatların daha da dərinləşdirilməsi haqqında” Sərəncam da imzalayıb. Həmin sərəncama uyğun olaraq, son 4-5 il ərzində Azərbaycan mediası həm texniki, həm də hüquqi, nəzəri baxımından kifayət qədər yenilənmə mərhələsi keçib. Media subyektləri və jurnalistlər üçün çoxsaylı sosial güzəştlər tətbiq edilib. Əminliklə deyə bilərik ki, 150 illik yubileyin keçirilməsi ilə bağlı sərəncam bu cür addımların atılmasını daha da stimullaşdıracaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Aprel 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri