Icma.az
close
up
RU
Əməkdaşlıq praqmatik səviyyədə kifayət qədər uğurla davam edir ŞƏRH EDİLDİ

Əməkdaşlıq praqmatik səviyyədə kifayət qədər uğurla davam edir ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstan Respublikasına dövlət səfəri və bu ölkədə səfərə yüksək diqqət dövlətlərimiz arasında yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunan tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, cənab İlham Əliyevin ifadə etdiyi kimi, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanan starteji tərəfdaşlıq və müttəfiqlik münasiblərinin bərqərar olunduğunu göstərməkdədir. Cənab İlham Əliyevlə təkbətək görüşdə Prezident Kasım-Jomart Tokayevin ifadə etdiyi kimi, "mübaliğəsiz, əminliklə demək olar ki, Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir. Ona görə də Sizin ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafı bizim üçün böyük prioritetdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, son 3 il ərzində Azərbaycan Prezidentinin Qazaxıstana 7, cənab Kasım-Jomart Tokayevin isə ölkəmizə 6 səfəri baş tutub:

"Dövlət başçımızın Qazaxıstanın "Kazinform" agentliyinə müsahibəsində də ifadə etdiyi kimi, müntəzəm təmaslar bizə gündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə, əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir. Təsadüfi deyil ki, ötən dövr ərzində siyasi, iqtisadi, ticari, investisiya, mədəni, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmi yaratmaq üçün hüquqi bazis rolunu oynayan 170-dən artıq sənəd imzalanıb və ikitərəfli münasibətlərimizin sağlam və qarşılıqlı faydalı meyillər üzrə inkişafı üçün əhəmiyyətli normativ bazis formalaşıb. Ölkələrimiz arasında əməkdaşlıq praqmatik səviyyədə də kifayət qədər uğurla davam edir.

Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan arasında 15-dək sənədin mübadiləsi bu sahədə kifayət qədər güclü iradənin hakim olduğunu göstərməkdədir. Bu məsələdə Qazaxıstanın mövqeyi kifayət qədər korrektdir. Qardaş dövlət yeni yaranan reallıqda Azərbaycanın güclənən mövqeyini çox düzgün qiymətləndirə bilir. Cənab Tokayev də bu gün dövlət başçımıza xitabən bir daha ifadə etdi ki, "Azərbaycan Sizin güclü liderliyinizlə öz mövqelərini xeyli möhkəmləndirib, beynəlxalq arenada nüfuzunu artırıb və dünyanın sizə aid hissəsində regional güc kimi çox mühüm rol oynayır. İqtisadi-ticari əməkdaşlığın, hətta siyasi tərəfdaşlığın inkişaf etdirilməsi də bizim üçün təxirəsalınmaz və çox mühüm vəzifədir".

Təsadüfi deyil ki, məhz bu vəzifə rəhbər tutularaq Azərbaycanda Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb və bu, ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlığın spektrinin çox geniş olduğunu göstərməkdədir. Həmçinin Azərbaycan və Qazaxıstan arasında nəqliyyat, logistika əməkdaşlığı yalnız iqtisadi artımda ehtiva olunan ikitərəfli əməkdaşlıq hesab edilə bilməz, bu bütövlükdə regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan və Orta Dəhlizin vacib seqmenti kimi çıxış edən meyara çevrilib. Dövlət başçımızın "Kazinform"a müsahibəsində də ifadə etdiyi kimi, Azərbaycanla Qazaxıstan arasında əlaqələrin möhkəmlənməsində aparıcı müstəvi isə, heç şübhəsiz ki, Türk Dövlətləri Təşkilatıdır və bu platforma bizə istər Azərbaycan-Qazaxıstan, istərsə də bütün türk dövlətləri ilə mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığın sistemli və ardıcıl xarakterdə davam etdirilməsinə, o cümlədən siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və bütövlükdə humanitar əməkdaşlığın inkişafı üçün önəmli rol oynamaqdadır. Bu mənada, Azərbaycan Prezidentinin Qazaxıstana dövlət səfərinə istər aidiyyəti dövlət strukturları, istərsə də media, həmçinin vətəndaş cəmiyyəti institutlarının xüsusi marağı başa düşüləndir və ölkələrimiz arasında getdikcə dərinləşən qardaşlıq münasibətləri fonunda, heç şübhəsiz ki, qazax xalqı Azərbaycanla münasibətlərə milli maraqların və mənafelərin zəruri şərti kimi baxmaqdadır. Eyni zamanda Azərbaycan da cənab İlham Əliyevin bu gün Astanada ifadə etdiyi kimi, bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Oktyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri