Icma.az
close
up
RU
Qarabağda turizm siyasəti uğurla davam edir ŞƏRH EDİLDİ

Qarabağda turizm siyasəti uğurla davam edir ŞƏRH EDİLDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Prezident İlham Əliyevin Qarabağa son səfəri çərçivəsində Xankəndi şəhərində yerləşən Xankəndi Otelinin açılışında iştirak etməsi mühüm hadisədir".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, son dövrdə ölkənin digər regionlarında olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xankəndidə də turizmin inkişafına xüsusi diqqət yetirilir:

"Bu məqsədlə yeni otellər, istirahət mərkəzləri və digər turizm obyektləri inşa edilir, istifadəyə verilir. Xankəndi Otelinin açılışı da məhz bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Şübhəsiz ki, bu cür turizm obyektlərinin istifadəyə verilməsi Qarabağda turizmin inkişafına mühüm təkan verəcək, bölgəyə yerli və xarici turistlərin marağını artıracaq. Bu isə öz növbəsində Azərbaycanın, xüsusilə də Qarabağın tarixi, mədəni irsinin və müasir inkişaf reallıqlarının beynəlxalq ictimaiyyətə daha yaxından çatdırılmasına xidmət edəcək.

Bu baxımdan hesab edirəm ki, əgər ölkənin digər bölgələrində həyata keçirilən turizm layihələri əsasən iqtisadi baxımdan qiymətləndirilirsə, Qarabağda reallaşdırılan turizm layihələri iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi, diplomatik və simvolik məna daşıyır.

Təbii ki, bu istiqamət Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. İşğaldan azad olunmuş ərazilərin bərpası, sosial-iqtisadi inkişafının təmin edilməsi, eləcə də həmin ərazilərin beynəlxalq turizm məkanına çevrilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil edir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 İyul 2026 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri