Əməkhaqqı ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək VİDEO
Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkədə əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısı alınacaq.
AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur.
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Beynəlxalq Əmək Təşkilatının 100 nömrəli Konvensiyasına və Avropa Sosial Xartiyasına uyğun olaraq, kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi tam təmin olunmalıdır. Lakin mövcud qanunvericilkdə bu prinsip yalnız "eyni və ya oxşar işlər" çərçivəsində tətbiq olunur və daha geniş anlayışı əhatə etmir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Qanuna edilən dəyişikliklər təsdiqini taparsa, cinsindən asılı olmayaraq, bir iş yerində işləyən, eyni ixtisas dərəcəsinə malik olan, eyni iş şəraitində işləyən, eyni dəyərli işi yerinə yetirən işçilərə əməkhaqqı, həmçinin mükafatlar və işçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlər eyni ödəniləcək.
Baxış sayı:163
Bu xəbər 06 Aprel 2026 21:46 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları