Əməkhaqqı və pensiya artımları var, lakin... Deputat
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Büdcə layihəsində sosial paket normaldır, artımlar nəzərdə tutulub. Amma gəlin etiraf edək ki, bu artımlar insanların minimal yaşayış tələbləri və real inflyasiya fonunda əhəmiyyətini itirir. Qiymətlər sürətlə artır, orta təbəqə daralır, sosial həssas qruplar daha çox çətinliklə üzləşir”.
Globalinfo.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
“Əməkhaqqı və pensiya artımları var, real bazarda isə bu artımın təsiri hiss olunmur. Üçüncü məsələ – investisiya xərclərinin strukturudur. Büdcədə investisiya layihələri üçün böyük məbləğ nəzərdə tutulsa da, şəffaflıq hələ də əsas problem olaraq qalır. Hansı layihənin ölkə iqtisadiyyatına hansı effekt verəcəyi konkret şəkildə göstərilmir. İnvestisiya proqramlarında prioritetlər bəzən siyasi, bəzən inzibati qərarlarla formalaşır, iqtisadi rasional yanaşma isə ikinci plana keçir. Nəticədə xərclərin effektivliyi azalır. Büdcə vəsaiti xərclənir, amma ölkə iqtisadiyyatı həmin xərclərin dəyərini tam qaytara bilmir”, – deputat bildirib.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:18
Bu xəbər 20 Noyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















