Icma.az
close
up
RU
Deputat minimum pensiya və əməkhaqqı artımı barədə: İzahat verilsin...

Deputat minimum pensiya və əməkhaqqı artımı barədə: İzahat verilsin...

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2025-ci ilin Dövlət Büdcəsi layihəsi” birinci oxunuşda müzakirə edilib. Mətbuatda ən çox yer alan məsələlərdən biri də Hesablama Palatasının təqdim etdiyi rəydə 2025-cü il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin (280 manat) minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70% olacağının nəzərdə tutulmasının qeyd edilməsidir. 

Sfera.az bildirir ki, deputat Vüqar Bayramov sözügedən məsələ ilə bağlı müvafiq qurum tərəfindən izahat verilməsini istədiyini vurğulayıb:

 “Güman edirəm, yaxın günlərdə rəsmi əsaslandırma təqdim olunar. Qeyd edim ki, palata bu məsələdə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına” istinad edib. Bununla yanaşı, prezident həm minimum əməkhaqqı, həm də minimum pensiyanın artırılması barədə göstəriş verib və profil nazirliklər tərəfindən də bu istiqamətlərdə işlər həyata keçirilir. Xatırladım ki, həm minimum əməkhaqqı, həm də minimum pensiya məbləğləri prezidentin imzaladığı fərmanlar ilə artırılır. Yəni hər hansı strateji sənədlərdə minimum əməkhaqqı və minimum pensiya məbləğləri proqnozlaşdırılsa da, qərarlar dövlət başçısı tərəfindən qəbul olunur”.

Millət vəkili bildirdi ki, həm minimum əməkhaqqı, həm də minimum pensiya ilə bağlı konkret məbləğlər sənədlər imzalananda bəlli olacaq:

“Strategiyaya istinad heç də konkret məbləğlər anlamına gələ bilməz. Milli Məclisdə keçirilən iclasda bildirdim ki, minimum pensiya və minimum əməkhaqqının artırılması ilə bağlı göstəriş var. Buna uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkliflərin hazırlanması həyata keçirilib. Sualım bundan ibarətdir ki, prezident İlham Əliyev tərəfindən bu istiqamətdə göstərişlər olduğu halda rəydə Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına istinad nə dərəcədə doğrudur? Əgər istinad olunursa, orada dövlət başçısı tərəfindən göstərişin olmasının qeyd olunmasına ehtiyac var idi ki, bu mətbuatda fərqli yanaşmaların olmasına gətirib çıxarmasın”.

Günay 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 Noyabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri