Icma.az
close
up
RU
Emel Sayından pərəstişkarlarını məyus edən xəbər

Emel Sayından pərəstişkarlarını məyus edən xəbər

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Məşhur türk sənətçi Emel Sayın pərəstişkarlarını narahat edən açıqlama verib. 
Demokrat.az
xəbər verir ki, o, sosial media hesabında paylaşdığı mesajda səhhətində yaranan problemlərə görə planlaşdırılan konsertlərini daha sonrakı tarixə təxirə salmaq məcburiyyətində qaldığını bildirib.
Sayın qısa müddət ərzində müalicə alacağını və mövzu ilə bağlı sabah daha ətraflı açıqlama verəcəyini qeyd edib. Sənətçi 14 iyun tarixində Bursa Açıqhava və 17 iyun tarixində İstanbul Harbiye Açıqhava konsertlərini də sağlamlıq vəziyyətinə görə ləğv etdiyini açıqlayıb.
Emel Sayın mesajında belə deyib: “Əziz dinləyicilərim, konsertlərimizi üzülərək daha sonrakı tarixə təxirə salmaq məcburiyyətində qaldım. Narahat olunacaq bir vəziyyət yoxdur, amma qısa müddətli bir müalicə prosesim olacaq. Sizin xoş arzularınız üçün indidən təşəkkür edirəm. Sabah paylaşacağım videoda bu qərarı niyə verdiyimizi daha ətraflı izah edəcəyəm. Sevgi ilə qucaqlayıram".
Sənətçinin səhhətindəki problemin vertigo olduğu iddia edilir. Onun açıqlamasından sonra pərəstişkarları sosial şəbəkələrdə “tezliklə sağal” mesajları ilə dəstək göstəriblər.
Pərəstişkarlar Emel Sayının sağlamlığına qovuşması üçün dua etdiklərini bildirir və təxirə salınan konsertlərin yeni tarixlərini səbirsizliklə gözləyirlər.
Qeyd edək ki, vertigo insanın özünün və ya ətrafındakı əşyaların fırlandığı, yelləndiyi və ya hərəkət etdiyi illüziyasını yaratdığı ciddi bir başgicəllənmə növüdür. Əsas əlamətləri və xüsusiyyətləri bunlardır: Şiddətli başgicəllənmə, tarazlığın itirilməsi, ürəkbulanma, qusma, qulaqlarda küy və ya eşitmə itkisi. Yaranma səbəbi əksər hallarda daxili qulaqda yerləşən tarazlıq sistemi və ya beyinlə əlaqəli problemlərdən qaynaqlanır.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 İyun 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see406

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see379

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see363

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see320

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see308

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see278

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see256

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see186

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see179

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri