Elton Condan pərəstişkarlarını məyus edən XƏBƏR
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünya şöhrətli Grammy mükafatlı müğənni Elton Con görmə qabiliyyətini itirdiyini açıqlayıb. 77 yaşlı sənətkar artıq mahnı sözlərini belə oxuya bilmədiyini deyib.
Redaktor.az xəbər verir ki, 50 illik musiqi karyerasını başa vurmaq qərarı verən Elton Con, yay aylarında bir gözündə məhdud görməyə səbəb olan infeksiya keçirdiyini bildirib.
O, sosial media hesabında paylaşım edərək deyib: “Sağalıram, amma bu, çox yavaş gedən bir prosesdir və təsirlənmiş gözün görmə qabiliyyətinin bərpası üçün vaxt lazımdır. Bu müddət ərzində mənə dəstək olan həkimlərə, tibb bacılarına və ailəmə minnətdaram”.
Elton Con görmə problemi səbəbindən yeni albomunu tamamlaya bilmədiyini də vurğulayıb.
"Good Morning America" proqramında çıxışı zamanı: “Studiyaya girib yazmağı bacararammı bilmirəm, çünki mahnı sözlərini görə bilmirəm. Heç nə oxuya və izləyə bilmirəm”, - ifadələrini işlədib.
Seymur BƏNNAYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 27 Noyabr 2024 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















