Əməliyyatdan sonra iflic olan aktyorun son durumu AÇIQLANDI
Icma.az, Oxu.az saytına istinadən bildirir.
"Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev reanimasiya şöbəsində koma vəziyyətindədir".
Bu məlumatı Oxu.Az-a açıqlamasında "Yeni Klinika"nın Mətbuat Xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
"Vəziyyəti kritikdir. Hazırda süni tənəffüs dəstəyi alır. Böyrəkləri ciddi zərər görüb. Xoş xəbər odur ki, gecədən bu yana onun huşu özünə gəlməyə başlayıb. Yəni komadan ayılmağın ilkin əlamətləri var, amma bu, onun ayılacağı anlamına gəlmir. Hər şeyin yaxşı olacağına ümid edirik", - deyə N.Allahyarova bildirib.
Qeyd edək ki, aktyor Möylə Mirzəliyev bir müddət əvvəl boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub. Əməliyyat sonrası xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət digər tibb müəssisəsinin reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 17 Mart 2025 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















