Əməliyyatdan sonra iflic olan aktyorun qızı: Vəziyyəti həddən artıq ağırdır
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Bir neçə gün öncə Yeni Klinikanın reanimasiya şöbəsinə yerləşdirilən Dövlət Akademik Musiqili Teatrının aktyoru Möylə Mirzəliyevin vəziyyəti açıqlanıb.
Aktyorun qızı Leyla Rəhimlinin Oxu.Az-a verdiyi məlumata görə, onun vəziyyəti çox ağırdır:
"Süni tənəffüs aparatına qoşuludur. Reanimasiyadadır. Vəziyyəti həddən artıq ağırdır, kritikdən də kritikdir".
Xatırladaq ki, Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin səhhətində problemlər yaranıb. Aktyor fevralın 14-də "EGE Hospital"da spinal stenoz (bel kanalının daralması - red.) diaqnozu ilə əməliyyat olunub. Əməliyyatdan sonra aktyor hərəkət qabiliyyətini tamamilə itirib.
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:Əməliyyatdan sonra iflic olan aktyorun son durumu AÇIQLANDI
17 Mart 2025 10:33
İflic olan aktyorun vəziyyəti barədə açıqlama
01 Aprel 2025 14:02
Əməliyyatdan sonra iflic olan aktyorun son durumu AÇIQLANDI: İrəliləyişə ümid yoxdur
10 Mart 2025 17:51
Rəqsanənin qızı əməliyyatdan sonra VİDEO
12 Mart 2025 20:54
Baxış sayı:72
Bu xəbər 11 Mart 2025 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















