Əməliyyatxanada ad gününü qeyd edən həkimlə bağlı QƏRAR VERİLDİ VİDEO
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd edən "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva ilə bağlı qərar verilib.
Bakupost.az xəbər verir ki, məsələni araşdırmaq üçün yaradılmış beş nəfərdən ibarət komissiya artıq işini yekunlaşdırıb, Ləman Əliyeva işdən azad edilib.
Komissiyanın araşdırmasının nəticəsi yanvarın 15-də ictimaiyyətə açıqlanacaq.
Xatırladaq ki, yanvarın 8-də mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən "sürpriz"lə qarşılaşıb. Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb. Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.
Bundan sonra faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən artıq yoxlamalara başlanılıb. Yanvarın 9-da "German Hospital" adlı özəl tibb müəssisəsində plandankənar yoxlama keçirilib. Məsələ araşdırılıb, dörd nəfər ümumilikdə 2 000 manat cərimələnib.
Baxış sayı:152
Bu xəbər 14 Yanvar 2025 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















