Icma.az
close
up
RU
Emerinin komandası 6 cı dəfə finalda!

Emerinin komandası 6 cı dəfə finalda!

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mayın 7-də Avropa Liqasında (AL) yarımfinalın cavab oyunları keçirildi. İlk oyunlar ev sahiblərinin bir top fərqli qələbələri ilə yadda qalmışdı. Bu dəfə meydan sahibləri minimalhesablı məğlubiyyətlərin əvəzini artıqlaması ilə çıxdılar.

Bu mərhələdə İngiltərənin iki klubu arasındakı oyunların nəticəsi daha çox maraq doğururdu. Liqa mərhələsini mübarizəni 1/8 finalda dayandıran “Lion” ilə şərikli lider kimi başa vuran “Aston Villa” turnirin favoriti statusunu daşıyır. Amma Unay Emerinin komandasının AL-də ardıcıl 9 qələbəlik seriyası aprelin 30-da Nottingemdə qırılmışdı. Premyer-liqada çoxdan “Çempionlar Liqası zonası”nda möhkəmlənən birmingemliərin praktiki olaraq qitənin ən nüfuzlu klub turnirinə vəsiqəni təmin edəcəkləri ehtimal olunur. Onlardan fərqli olaraq “Nottingem Forest” ölkə çempionatında 2-ci diviziona düşməmək uğrunda yarışmasına baxmayaraq, evdə “Aston Villa”nı Vudun penalti ilə vurduğu yeganə qolla məğlub etməyi bacarmışdı. Vitor Pereyranın çalışdırdığı komanda AL-də yarımfinala qədər irəliləməklə Çempionlar Liqasına vəsiqə qazanmaq şansını da davam etdirirdi. Bunun üçün isə ilk növbədə İngiltərənin turnirdəki digər təmsilçisini mübarizədən kənarlaşdırmaq tələb olunurdu.
Lakin “meşəçilər” buna nail ola bilmədilər. Birmingemdəki həlledici matç ev sahiblərinin total üstünlüyü şəraitində keçdi. Yarımfinala qədər əsasən etibarlı müdafiəsi ilə seçilən “qırmızılar” Birmingemdə bu keyfiyyətlərindən istifadə edə bilmədilər. Həm hücumda, həm də müdafiədə ideal oyun sərgiləyən “Aston Villa” rəqibini 4 cavabsız qolla darmadağın etdi. Birmingemlilər 1982-ci ildən sonra ilk dəfə qitə kubokunun finalına vəsiqə qazandı. Xatırladaq ki, onlar 44 il əvvəl Çempionlar Kubokunun həlledici oyununda “Bavariya”ya 1:0 hesabıyla qalib gəlmişdilər. “Aston Villa” daha iki dəfə - 2001 və 2008-ci illərdə İntertoto Kubokunun qalibi olub. Lakin çoxdan “arxivə göndərilən” bu turnirdə bir deyil, bir neçə final matçı keçirilib. Diqqəti daha çox cəlb edən faktlar isə Emeri ilə bağlıdı. İspaniyalı mütəxəssisin çalışdırdığı komandalar AL-də 6-cı dəfə finala çıxdılar! Xatırladaq ki, 2014-16-cı illərdə “Sevilya”nı, 2021-ci ildə “Vilyarreal”ı turnirdə qələbəyə daşıyan Emerinin komandalarından yalnız “Arsenal” 2019-cu ildə həlledici matçda məğlub olub. Başqa sözlə, 54 yaşlı məşqçinin mayın 20-də İstanbulda keçiriləcək finalda 5-ci dəfə AL-in qalibi olmaq şansı var.
Onun komandasının rəqibi “Frayburq” olacaq. Almaniya klubu Portuqaliyada keçirilən ilk oyunda “Braqa”ya 1:2 hesabıyla uduzmuşdu. Yulian Şusterin komandası evdə bu məğlubiyyətin əvəzini artıqlamasıyla çıxdı. Tarixində ilk dəfə avrokubokun yarımfinalında oynayan “Frayburq”un uğuruna rəqibin üzun müddət azlıqda mübarizə aparması da şərait yaratdı. Braqadakı matçın son dəqiqələrində vurduğu qolla qələbədə rol oynayan Dorjeles Frayburqdakı cavab oyununun 7-ci dəqiqəsində Bestenin qarşısını kobudluqla aldığı üçün birbaşa qırmızı vərəqə ilə cəzalandı. İlk hissədə iki, fasilədən sonra bir qol vuran meydan sahibləri sonda 3:1 hesablı qələbə ilə finala adladılar. “Frayburq” tarixində ilk dəfə avrokubokun həlledici oyununda çıxış edəcək. Bunadək komandanın qitə arenasındakı ən yaxşı nəticəsi məhz AL-in 2022/23 və 2023/24 mövsümlərində 1/8 finala çıxması olub.
yarımfinal, cavab oyunları
Aston Villa (İngiltərə) - Nottingem Forest (İngiltərə) 4:0 (ilk oyun - 0:1)

Uotkins, 36. Buendiya, 58-p. Makqinn, 77; 80.
Aston Villa: E.Martines, Keş, Lindelöff (Boqard, 74), Konsa, Pau Torres (Minqs, 90), Din, Makqinn (Duqlas Luis, 90), Tilemans, Buendiya (Sanço, 86), Rocers (Beyli, 90), Uotkins.
Nottingem Forest: Orteqa, Kunya (Murillo, 88), Milenkoviç, Morato (Bakva, 71), N.Uilyams, Dominges, Hatçinson (Sinkler, 88), Anderson, Makeyti (Yeyts, 46), İqor Jezus, Vud (Lukka, 71).
Frayburq (Almaniya) - Braqa (Portuqaliya) 3:1 (1:2)
Kübler, 19; 72. Manzambi, 41 - Pau Viktor, 79.
Frayburq: Atubolu, Kübler (Makenqo, 80), Ginter, Linhart, Troy, Eqqeştayn, Manzambi, Höfler, Beste (Oqbus, 81), Qrifo (Höler, 90+1), Matanoviç.
Braqa: Qorniçek, V.Qomes, Karvalyo (Moskardo, 65), Oliveyra, Laqerbilke, Tıknaz (Q.Martines, 76), Qorbi, Moutinyo, Salasar (Navarro, 61), Dorjeles, Pau Viktor.
Bombardirlər: İqor Jezus (Nottingem Forest), Staniç (Ludoqorets) - 7, Aktürkoğlu (Fənərbaxça), Antoni (Betis) - 6.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 May 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri