Icma.az
close
up
RU
“Frayburq”un ilk, Emerinin 6 cı cəhdi

“Frayburq”un ilk, Emerinin 6 cı cəhdi

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mayın 20-də avrokubokların 2025/26 mövsümündə turnirlərdən birinə yekun vurulacaq: Türkiyənin İstanbul şəhərində Avropa Liqasının (AL) finalı keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, həlledici matçda “Frayburq” və “Aston Villa” qarşılaşacaqlar.
Avropa Liqası, final
Frayburq (Almaniya) - Aston Villa (İngiltərə)

Hakim və köməkçiləri: Fransua Letesye, Siril Munye, Mehdi Rahmuni (hamısı Fransa), Alexandro Ernandes (İspaniya).
VAR hakimləri: Jerom Brizar, Villi Delajo (hər ikisi Fransa), Dennis Hiqler (Niderland).
Cəzalı: yoxdu.
Avrokuboklarda qarşılaşmayıblar.
20 may. İstanbul (Türkiyə), “Beşiktaş Park” stadionu.
Finala İstanbuldakı “Beşiktaş Park” stadionu səhnə olacaq. 42684 tamaşaçı tutumu olan arena 2016-cı ilin aprelində istifadəyə verilib. İdman qurğusu UEFA-nın ikinci böyük hadisəsinə evsahibliyi edəcək. Burda 2019-cu ildə Avropa Superkuboku matçı təşkil edilib. Həlledici oyunda Çempionlar Liqasının (ÇL) qalibi “Liverpul” AL-in çempionu “Çelsi” ilə qarşılaşıb. Əsas və əlavə vaxtı 2:2 hesabıyla sona çatan oyundan sonrakı penalti seriyasında “Liverpul” 5:4 hesabıyla qalib gəlib.
“Frayburq” və “Aston Villa”nın turnirdə indiyədək keçdiyi yola nəzər salarkən oyunun finala yaraşdığını əminliklə demək olar. Belə ki, “Aston Villa” AL-in liqa mərhələsini 8 oyuna 21 xal toplamaqla “Lion” ilə birlikdə şərikli lider kimi başa vurub. İngiltərə klubu turnirin cari mövsümündə keçirdiyi 14 oyunda 12 qələbə qazanıb və 2 dəfə məğlub olub. Unay Emerinin komandası liqa mərhələsində 7 qələbə qazanıb və 1 dəfə uduzub. Pley-offda növbə ilə “Lill” (1:0, 2:0), “Bolonya” (3:1, 4:0) və “Nottingem Forest”i (0:1, 4:0) mübarizədən kənarlaşdıran “Aston Villa” 1982-ci ildən sonra ilk, tarixində ikinci dəfə avrokubokun finalında oynayacaq. Xatırladaq ki, komanda 44 il əvvəl Çempionlar Kubokunun həlledici oyununda “Bavariya”ya 1:0 hesabıyla qalib gəlib. “Aston Villa” daha iki dəfə - 2001 və 2008-ci illərdə İntertoto Kubokunun qalibi olub. Lakin çoxdan “arxivə göndərilən” bu turnirdə bir deyil, bir neçə final matçı keçirilib.
Diqqəti daha çox cəlb edən faktlar isə Emeri ilə bağlıdı. İspaniyalı mütəxəssisin çalışdırdığı komandalar indiyədək AL-də 6-cı dəfə finala çıxıblar! Xatırladaq ki, 2014-16-cı illərdə “Sevilya”nı, 2021-ci ildə “Vilyarreal”ı turnirdə qələbəyə daşıyan Emerinin komandalarından yalnız “Arsenal” 2019-cu ildə Bakıda keçirilən həlledici matçda “Çelsi”yə məğlub olub (1:4). Başqa sözlə, 54 yaşlı məşqçinin çərşənbə günü keçiriləcək finalda 5-ci dəfə AL-in qalibi olmaq şansı var. Emeri avrokuboklarda rekord göstəriciyə imza atıb. Belə ki, İstanbuldakı oyun ispaniyalı mütəxəssisin karyerası ərzində AL-də 6-cı finalı olacaq. İndiyədək yalnız bir məşqçi - Karlo Ançelotti 6 dəfə finalın həyəcanını yaşayıb. Aleks Ferqyuson, Marçello Lippi və Migel Munyos isə baş məşqçi kimi komandasını 4 dəfə finala çıxarıblar. Bu finalların hər biri ÇL-də olub. Emerinin 4 dəfə AL-in qalibi olmaqla turnirdə (UEFA Kubokunda) 3 qələbə ilə italiyalı Covanni Trapattonini arxada qoyaraq vahid rekordçu olduğunu da bildirək.
“Frayburq” turnirin liqa mərhələsini 8 oyuna 17 xalla 7-ci yerdə başa vurub. Yulian Şusterin komandası cari mövsümdə keçirdiyi 14 oyunda 9 qələbə qazanıb, 2 dəfə heç-heçə edib və 3 dəfə məğlub olub. Bundesliqa təmsilçisi liqa mərhələsində 5 qələbə qazanıb, 2 dəfə heç-heçə edib və 1 dəfə uduzub. Pley-offda növbə ilə “Genk” (0:1, 5:1), “Selta” (3:0, 3:1) və “Braqa”nı (1:2, 3:1) mübarizədən kənarlaşdıran “Frayburq” tarixində ilk dəfə avrokubokun finalında çıxış edəcək. Bunadək komandanın qitə arenasındakı ən yaxşı nəticəsi məhz AL-in 2022/23 və 2023/24 mövsümlərində 1/8 finala çıxması olub.
“Frayburq” və “Aston Villa” qitə arenasında ilk dəfə qarşılaşacaqlar. Maraqlıdı ki, avrokuboklarda zəngin iştirak təcrübəsi olmayan “Frayburq” indiyədək İngiltərənin yalnız bir klubuna qarşı oynayıb. Almaniyalıların AL-in 2023/24 mövsümündə “Vest Hem” ilə 4 dəfə görüşməsi nadir təsadüf ediln faktlardandı. Londonlulara bir dəfə qalib gələn frayburqlular üç oyunu məğlub başa vurublar. “Aston Villa” isə Almaniya təmsilçiləri ilə 6 dueldən 4 qələbə və 2 məğlubiyyətlə ayrılıb. İstanbulda ilk dəfə oynayacaq “Frayburq”dan fərqli olaraq “Aston Villa” indiyədək bu şəhərə üç dəfə gəlib. Burda 2 qələbə və 1 heç-heçəyə nail olan birmingemlilərin Türkiyənin ən böyük şəhərini top buraxmadan tərk etdiyini də bildirək.
Onu da qeyd edək ki, reqlamentə görə, AL-dəki zəfər komandalara ÇL-in qrup mərhələsinə vəsiqə qazandıracaqdı. Lakin finalçılardan “Aston Villa” artıq İngiltərə çempionatından bu turnirə özü üçün yol açıb. Başqa sözlə, AL-in qalibi olmaq artıq birmingemlilər üçün ÇL-ə yollanmaq baxımından əhəmiyyətini itirib. “Frayburq” isə Almaniya çempionatını 7-ci yerdə başa vurub. Deməli, Şusterin komandası həm qitə kubokunda ilk uğurunu qazanmağa, həm də ÇL-də oynamaq hüququna yiyələnməyə, “Aston Villa” isə tarixində ikinci qitə kubokunu muzeyinə aparmağa çalışacaq. Əlbəttə, Emerinin çalışdırdığı komanda bir sıra amillərə görə finalın favoriti sayılır. Ancaq avrokubok mövsümündə heç də zəif təsir bağışlamayan “Selta” ilə “Braqa”nı mübarizədən kənarlaşdıran “Frayburq” da, necə deyərlər, az aşın duzu deyil.
Həlledici oyunu Fransua Letesye idarə edəcək. 2017-ci ildən beynəlxalq dərəcəli hakim statusuna malik olan fransalı qitə arenasında karyerasında ikinci finala təyinat alıb. İlk dəfə AÇ-2024-ün İspaniya və İngiltərə arasındakı həlledici matçında fit çalan 37 yaşlı Letesye Avropa Superkubokunun 2023-cü ildə keçirilən “Manşester Siti” – “Sevilya” oyununu (1:1, p. – 5:4) da idarə edib. Onun ÇL-in cari mövsümündə 8 matçda ədaləti təmsil etdiyini də xatırladaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 May 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri