Əməyin mühafizəsi sahəsində təlimlər davam etdirilir
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 21 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən əməyin mühafizəsi sahəsində maarifləndirmə təlimləri davam etdirilir.
DƏMX-dən AZƏRTAC-a verilən məlumata görə növbəti təlim xidmətin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Bildirilib ki, təlim proqramına müxtəlif sektorları təmsil edən 17 müəssisədən ümumilikdə 25 iştirakçı cəlb olunub. İştirakçılara əməyin mühafizəsi üzrə mövcud qanunvericilik, yeni təsdiq edilmiş standartlar, risklərin idarəolunması mexanizmləri, eləcə də “sıfır qəza” konsepsiyası barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, bu yanaşmalar istehsalatda risklərin minimuma endirilməsinə və davamlı təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına xidmət edir. Yerli assosiasiyalar və biznes dairələri ilə birgə təşkil olunan bu cür təlimlər işəgötürənlərin məsuliyyətinin artırılmasına, habelə qabaqlayıcı tədbirlərin effektiv tətbiqinə mühüm töhfə verir.
Təlimlərin növbəti mərhələlərdə də davam etdirilməsi və daha geniş auditoriyanı əhatə etməsi nəzərdə tutulur.
Qeyd edək ki, təlimlərin əsas məqsədi müəssisələrdə təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi, əməyin mühafizəsi sahəsində bilik və praktiki bacarıqların artırılmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 21 Aprel 2026 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















