Emil Həsənov: Ən böyük problem vətəndaşların təhlükəli ərazilərə daxil olmalarıdır
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"Humanitar təmizləmə 1990-cı illərdən etibarən başlayıb. Humanitar deyəndə, əhali yaşayan ərazilərdə baş verən əməliyyatlar nəzərdə tutulur. Lakin ən böyük problem vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin həmin ərazilərə daxil olmalarıdır. Çəpərlənmə ona görə qoyulur ki, hələ təmizlənməyib və ya təmizləndikdən sonra sel suları nəticəsində yenidən minalanma baş verə bilər. Sellər gələndən sonra ərazi yenidən minalana bilər".
Bu sözləri ANAMA yanında İctimai Şuranın sədr müavini Emil Həsənov "Baku TV"nin "Aktual Gündəm" verilişində deyib.
Emil Həsənov: "Ən böyük problem vətəndaşların təhlükəli ərazilərə daxil olmalarıdır"
O, çıxışının davamında vətəndaş məsuliyyəti məsələsinə toxunaraq bildirib:
"Vətəndaşların da öhdəlikləri var. Öhdəlik odur ki, dövlətin qoyduğu çəpərlərə ayaq basılmasın. Statistikaya görə, orta hesabla Azərbaycanda hər il 500-600 adam yol-nəqliyyat hadisələri nəticəsində həlak olur. Bu zaman demirik ki, buna Dövlət Yol Polisi cavabdehdir. Vətəndaşlar özləri buna cavabdehdirlər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 22 Yanvar 2026 02:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















