Icma.az
close
up
RU
Emil Nəsirli Türk Ədəbiyyatı Vəqfinin Fəxri üzvü seçilib

Emil Nəsirli Türk Ədəbiyyatı Vəqfinin Fəxri üzvü seçilib

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


“Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli uzun illər Türk ədəbiyyatı, dili və mədəniyyətinə göstərdiyi xidmətlərinə görə Türk Ədəbiyyati Vəqfinin Fəxri üzvü seçilib.

Missiya.Az xəbər verir ki, Türk Ədəbiyyatı Vəqfinin Fəxri üzvlük sertifikatını Emil Nəsirliyə vəqfin başqanı Sərhat Kabaklı Vəqfin İstanbulun əsas memarlıq nümunələrindən Sultan Əhməd camisi ilə üzbəüz - Sultan Əhməd meydanında şəhərindəki inzibati binasında təqdim edib. 

Təqdimat mərasimində çıxış edən Türk Ədəbiyyati Vəqfinin başqanı Sərhat Kabaklı bildirib ki, Emil Nəsirlinin yaradıcılığı Türkiyə ədəbi mühitində diqqət və maraqla izlənilir. Emil Nəsirli peşəkar publisist olmaqla yanaşı, həm də Türk dünyasında maraqlı, əhəmiyyətli mövzularda şeir, hekayə, ensiklopediya janrlarında yazdığı əsərləri ilə tanınır. O, həmçinin həmin əsərlərin bir sıra dillərə tərcümə olunduğunu vurğulayıb, xüsusən, Emil Nəsirli publisistik yazılarıyla Türk dünyasının fərqli problemlərini diqqət mərkəzinə çəkməsini onun üstün cəhətləri kimi diqqətə çatdırıb. 

S. Kabaklı, onu da əlavə edib ki, Emil Nəsirli özünün yüksək təşkilatçılığı ilə rəhbərlik etdiyi “Azərbaycanım” beynəlxalq jurnalı iki qardaş ölkənin ədəbi əlaqələrinin möhkəmləndirilməsində hər zaman xüsusi yer tutub. Emil Nəsirli son 20 ildən artıq bir müddətdə təkcə Türkiyədə deyil, Krımda, Qaqauz elində, Orta Asiya ölkələrində, eləcə də dünyanın digər bir sıra bölgələrində yaşayıb-yaradan türkdilli ədəbiyyat və mədəniyyət xadimləri ilə sıx yaradıcı təmaslar qurub. Onların Azərbaycanda tanıdılması, bir çoxunun fəaliyyətinin, əsərlərinin ölkəmizdə ilk dəfə nəşri və təbliği işinə dəyərli töhfələr verib. Sərhat Kabaklı onu da əlavə edib ki, Türk Ədəbiyyatı Vəqfi Türk dünyasının vəqfidir. Bizim Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Kosova, Bosniya və Kiprdə təmsilçiliklərimiz var. Bu təmsilçiliklər vasitəsilə Türk dünyasında kültür bütünləşməsini, mədəni əlaqələrin daha da genişləndirilməsini həyata keçirməyə çalışırıq. 

“Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli Türk Ədəbiyyati Vəqfinin Fəxri üzvü seçdiklərinə görə vəqfin başqanı Sərhat Kabaklıya və bütün Türk Ədəbiyyati Vəqfinin ailəsinə dərin təşəkkürlərini bildirib. E.Nəsirli qeyd edib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər özünün ən yüksək zirvəsindədir. İki qardaş ölkənin əlaqələri daim yüksələn xətlə inkişaf edir. Sarsılmaz birliyə söykənən dostluq və əməkdaşlıq prinsipləri möhkəm təməllərə əsaslanır. Çıxışında “Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan dövlətimizin başçısı İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir” - deyə bildirən E.Nəsirli onu da xüsusi vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsipinə əsaslanır. Dünya dövlətləri arasında elə bir nümunə yoxdur ki, bu iki ölkə qədər bir-birinə yaxın olsun. Tarixi Şuşa Bəyannaməsi ilə ölkələrimizin strateji tərəfdaşlıq münasibətləri rəsmən təsdiqlənib. Azərbaycan və Türkiyənin qardaşlığı tarixdən gələn ənənələrlə, eyni milli-mənəvi dəyərlərlə, dövlətlərin və liderlərin qətiyyətli siyasi iradələri və cəmiyyətlərin istəyi ilə şərtlənir. 

Sonra Türk Ədəbiyyatı Vəqfinin yarım əsrdən artıq fəaliyyətini yüksək qiymətləndirən E.Nəsirli onu da vurğulayıb ki, elm, mədəniyyət və sənət adamlarını dəstəkləyən, onların əsərlərini yayımlayan qutlu bir ocaq olaraq varlığını davam etdirən Türk Ədəbiyyatı Vəqfi Türk Ədəbiyyatı kürsüsünü elm, mədəniyyət, sənət məsələlərinin dilə gətirildiyi, gündəmə daşındığı və müzakirə olunduğu bir platformaya çevirmişdir. Sonda E.Nəsirli bir daha Türk Ədəbiyyatı Vəqfinin Türk mədəniyyətinə önəmli xidmətləri olan elm və sənət adamlarını hər il mükafatlarla təltif etdiklərinə görə Sərhat Kabaklıya, İmdat Avşar, Esat Kabaklı başda olmaqla Türk dünyasının bu müqəddəs ocağının bütün əməkdaşlarını təbrik edib, gələcək işlərində başarılar diləyib. “Vəqfin özü də, içərisindəki ədəbiyyat sevdalı aydınlar da bizə doğmadan doğmadırlar. Axı onlar Türk ədəbiyyatının keşikçiləri, Azərbaycan ədəbiyyatının ən yaxın dostlarıdırlar. 1972-ci ildə mərhum Əhməd Kabaklı tərəfindən qurulan Türk Ədəbiyyatı Vəqfi bu gün hörmətli Sərhad Kabaklının rəhbərliyi ilə uğurla öz işlərini davam etdirməkdədir” -deyə E.Nəsirli söyləyib. Görüş əsnasında E.Nəsirli vəqfin başqanı Sərhat Kabaklı ilə Vəqfin hazırkı vəziyyəti, gördüyü işlər və gələcək planları haqqında fikir mübadiləsi aparıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://missiya.az
archiveBu xəbər 16 Yanvar 2025 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri