Icma.az
close
up
RU
Emil Nəsirli belarus yaziçilar birliyinin üzvü seçilib

Emil Nəsirli belarus yaziçilar birliyinin üzvü seçilib

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli Belarus Yazıçılar Birliyinin üzvü seçilib.

Belarusiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin inzibati binasında keçirilən görüşdə Belarusiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirliyə Belarus Yazıçılar Birliyinin üzvü vəsiqəsini təqdim edib.

Təqdimat mərasimində çıxış edən Səfir Andrey Ravkov qeyd edib ki, Emil Nəsirlinin son dövrlərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr etdiyi kitabın Minskdə satış şəbəkəsinə daxil olmasından sonra Belarus mətbuatı yeni müəlliflə ciddi maraqlanmış, həmçinin Emil Nəsirlinin baş redaktoru olduğu “Azərbaycanım” beynəlxalq jurnalının səhifələrində Belarus Respublikası ilə bağlı mütəmadi dərc olunan maraqlı materiallar vasitəsilə Azərbaycanın Belarusiyada, Belarusiyanın isə Azərbaycanda təbliğinə istiqamətlənmiş fəaliyyətinə yüksək qiymət vermişdir. Daha sonra Səfir Andrey Ravkov  Emil Nəsirlinin Belarus-Azərbaycan ədəbi əlaqələrinin inkişafına bundan sonra da öz töhfəsini verəcəyinə əmin olduğunu bildirib.

Çıxışında onu bu yüksək ada layiq gördükləri üçün Belarus Yazıçılar Birliyinin sədri Aleksandr Nikolayeviç Karlyukeviçə, Birliyin kollektivinə və Belarusiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkova təşəkkürünü bildirən Emil Nəsirli vurğulayıb ki, iki ölkə arasında əlaqələrin dinamikasına nəzər saldıqda aydın görünür ki, müxtəlif sahələri əhatə edən Belarus-Azərbaycan münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır, uğurla inkişaf edir. Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoq mühüm rol oynayır. Hər iki dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşləri ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir, münasibətlər dinamik inkişaf edir.

“Əsas məsələ ölkələrimiz arasında dostluq münasibətləridir. Uzun illər boyu bu münasibətlər böyük potensiala, yaxşı dinamikaya malik olduğunu göstərir. Ali səviyyədə tez-tez əlaqə saxlamağımız, qarşılıqlı səfərlər, əlbəttə, münasibətlərimizin inkişafına böyük təkan verir və biz əməkdaşlığın yaxşı nümunələrini görürük” – deyə Emil Nəsirli bildirib.

Görüşdə “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli eyni zamanda ötən müddət ərzində jurnalın beynəlxalq əlaqələrinin əhəmiyyətindən, redaksiyanın həyata keçirdiyi layihələrdən geniş bəhs edib.  Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaqla yanaşı, həmçinin Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistan Yazıçılar Birliklərinin də üzvü olduğunu  qeyd edən Emil Nəsirli Azərbaycanla Belarus arasında mədəni əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb, birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Yanvar 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri