Icma.az
close
up
RU
Emin Əhmədov: Artıq köçkün deyilik, öz yurdumuzun sakiniyik

Emin Əhmədov: Artıq köçkün deyilik, öz yurdumuzun sakiniyik

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Cəbrayıl, 13 may, AZƏRTAC

“Böyük Qayıdış” proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edən keçmiş məcburi köçkünlər doğma yurdlarına qovuşmağın sevincini yaşayırlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uzun illər həsrətlə gözlədikləri torpaqlara geri dönən sakinlərdən biri də Emin Əhmədovdur. O bu kənddən çıxarkən cəmi 13 yaşı olub və 46 yaşında doğma yurduna qayıdıb.

Şükürbəyli kəndinin tamamilə yenidən qurulduğunu, burada sakinlərin rahat yaşayışı üçün hər cür şəraitin yaradıldığını söyləyən E.Əhmədov deyib: “Biz buraya əbədi yaşamaq üçün gəlmişik. Kəndimiz yenidən qurulub, müasir infrastruktur yaradılıb. Hər bir şəraiti olan evlər inşa edilib, küçələr abadlaşdırılıb. Bir sözlə, Şükürbəyli tamamilə yenidən qurulub”.

O, illərlə məcburi köçkün həyatı yaşadığı dövrdə tanıdığı insanlara da səslənib: “Məcburi köçkünlük illərində yaşadığım yerlərdə olan qonşularıma, tanışlarıma buradan səslənirəm ki, qapımız hər zaman üzünüzə açıqdır. Artıq biz köçkün deyilik. Cəbrayılın əzəli sakinləri kimi öz yurdumuzda yaşayacaq, qonaqlı-qaralı günlər keçirəcəyik.”

Doğma torpağa dönüşün onun üçün unudulmaz hisslər yaşatdığını deyən sakin sevincini belə ifadə edib:

“Bu gün sanki mən yenidən həyata gəlmişəm. Vətənə qovuşmağın sevincini yaşayıram.”

Qeyd edək ki, bu gün Şükübrəyli kəndinə 97 ailə olmaqla 419 nəfər qayıdıb.

Müxbir-Aydın Yavərzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see314

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see310

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see293

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see273

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see269

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see264

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see254

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see241

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see233

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see229

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see227

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see225

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see224

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see219

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see219

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see205

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see204

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see203

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see200

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri