Icma.az
close
up
RU
Tərlan Əhmədov: Bəzi oyunçular artıq “Qarabağ”da oynamaqdan doyublar”

Tərlan Əhmədov: Bəzi oyunçular artıq “Qarabağ”da oynamaqdan doyublar”

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Xarici komandalar “Qarabağ”ın müdafiədəki boşluğunu bilir və rahat şəkildə bundan istifadə edir”.

Bu sözləri apasport.az saytına açıqlamasında Tərlan Əhmədov deyib.

Təcrübəli çalışdırıcı bu gün UEFA Avropa Liqasının VII turu çərçivəsində keçiriləcək “Qarabağ” - FKSB oyunu haqqında fikirlərini bölüşüb:

“Qarabağ”ın geridə qalan turlardakı oyunlarına nəzər salsaq görərik ki, təmsilçimiz optimal heyətini ortaya qoya bilmədi. Bunu biz daxili çempionatda da gördük, təsnifat mərhələsində də. Komanda əslində qrup mərhələsinə vəsiqə qazandıqda düşünürdük ki, “Qarabağ” bəzi eyni səviyyəli klublarla oyunlarda xal qazana bilər. Mən mövsümün əvvəlindən təmsilçimizin bu turnirdə maksimum 9 xal qazanacağını düşünürdüm".

Tərlan Əhmədov Ağdam təmsilçisinin ötən ilki oyunundan uzaq olduğunu vurğulayıb:

“Qarabağ”ın müdafiəsində problemlər böyükdür. “Şamaxı” ilə matçda da bunu bariz şəkildə gördük. Təmsilçimiz müdafiə xəttində həddindən artıq çox səhvlərə yol verir. İki oyundan bir heyətdə dəyişikliklər olur. Bu, arxa xəttdə çıxış edən oyunçuların tam şəkildə bir-birlərini başa düşmələrinə şərait yaratmır. Bu da komandanın uğursuz çıxış etməsinə gətirib çıxarır. Daxili çempionatda “Qarabağ”ın hücum xəttindəki aqressivliyi, yaradılan qol epizodları arxa xəttə olan problemləri ört-basdır edir. Lakin bu taktika Avropada keçmir".

Mütəxəssis Ağdam klubunun ciddi itkilərlə meydana çıxacağını söyləyib:

"Görüşdə Juninyo və Benzianın yoxluğu təmsilçimiz üçün olduqca böyük itkidir. Yarımmüdafiənin mərkəzində, oyun qurulmasında Benzianın rolu böyük idi. Juninyo, Benzia, Zubir tandemi komandaya uğur gətirirdi. Bu üçlünün hücumda sərgilədiyi oyun klubu hər zaman uğura apardı. Amma bu gün bu tandemin olmaması “Qarabağ” üçün böyük ölçüdə problem yarada bilər. Hər halda meydana çıxan hər bir futbolçu dərk etməlidir ki, onlara şans verilib. Maksimum nəticə əldə etmək üçün əllərindən gələni etməlidirlər. “Qarabağ”ın öz oyun üslubu var. Artıq Avropada da bunu bilirlər".

O, qarşılaşmanın olduqca ağır keçəcəyini bildirib: 

"İndiyə qədər rəqib komandalar “Qarabağ”a heç bir şans tanımayıb. Buna görə düşünürəm ki, bugünkü oyun da asan olmayacaq. Ümid edirəm ki, Ağdam təmsilçisi bu oyunda qələbə qazanacaq. Hər halda istərdik ki, doğma meydanda ilk qalibiyyətimizi alaq. Komanda qol epizodlarından çox az istifadə edir. Fikrimcə, matçda müdafiə daha kompakt şəkildə çıxış etməlidir. Rəqib məğlub olmaq üçün bura gəlmir. Onlar da bizdən maksimum xal qazanmağa çalışacaqlar. Geriyə baxanda “Qarabağ”ın itirəcəyi heç nə yoxdur. Ayın 30-u təmsilçimizi səfərdə “Olimpiakos”la çətin görüş gözləyir. Futbolda hər şey ola bilər. Düşünürəm ki, “Qarabağ” artıq yeni mövsüm üçün planlar qurmalıdır. Komandaya yeni nəfəs lazımdır. Fikrimcə, təmsilçimizdəki bəzi oyunçular artıq “Qarabağ”da oynamaqdan doyublar. Yaradılacaq qol epizodlarından maksimum istifadə olunmalıdır ki, qalibiyyət əldə olunsun”.

Qeyd edək ki, “Qarabağ” - FKSB görüşü Bakı vaxtı ilə 21:45-də start götürəcək.

"Qarabağ" və "Fənərbaxça"nın avrokubok matçları bu kanallarda Premyer Liqa: “Araz-Naxçıvan” – “Neftçi” matçının hakimi bəlli olub Millimizin yekun heyəti açıqlanıb “Qarabağ” üçün son şans - YENİLƏNİR Elvin Camalov: “Neftçi” kimi klubda olmaq şərəfdir”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://apasport.az
archiveBu xəbər 23 Yanvar 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri