Emin Əmrullayev açıqladı: Azərbaycan riyaziyyat üzrə 2 ci yerdədir
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
PISA-nın cari qiymətləndirmə dövrü üzrə (2022–2025) nəticələrinə əsasən, Azərbaycan riyaziyyat üzrə ən yüksək irəliləyiş göstərən ölkələr sırasında ikinci yerdə qərarlaşıb.
AZXEBER.COM xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatı zamanı deyib.
Məlumata görə, bu dövrdə Albaniyanın göstəricisi 368 baldan 433 bala, Bakı üzrə Azərbaycanın nəticəsi isə 397 baldan 460 bala yüksəlib. Digər ölkələrdə də artım qeydə alınıb. Belə ki, Kambocanın göstəricisi 336-dan 366-ya, Gürcüstanın 390-dan 417-yə, İordaniyanın 361-dən 388-ə yüksəlib.
Həmçinin Birləşmiş Ərəb Əmirliklərində nəticə 431 baldan 453 bala, Filippində 355-dən 371-ə, Tailandda 394-dən 407-yə, Qətərdə isə 414-dən 424 bala yüksəlib.
Qeyd edək ki, PISA 15 yaşlı şagirdlərin riyaziyyat, oxu və təbiət elmləri üzrə bilik və bacarıqlarını qiymətləndirən beynəlxalq tədqiqatdır.
Şahanə Ziyad
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 08 Sentyabr 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















