Emin Əmrullayev: Uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi vacibdir
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi vacibdir.
"Cebheinfo.az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" kitabının təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, hazırda uşaqlar təhsil prosesində sosial mediadan və müxtəlif rəqəmsal vasitələrdən daha çox istifadə edirlər:
"Uşaqları elektron formatlardan uzaq tutsaq, cəmiyyət olaraq inkişaf edə bilməyəcəyik. Uşaqları məcburi şəkildə ənənəvi üsula qaytara bilmərik. Məsələn, uşağın diqqətini ənənəvi dərslikdən daha çox maraqlı və cəlbedici video məzmunun cəlb etməsi təbii haldır. Bu da uşaqların informasiya qəbul etmə üsullarının dəyişdiyini göstərir. Bu gün uşaqların 50 %-i sosial media ilə informasiya əldə edir. Onları sosial media platformaları, eləcə də elektron formatlardan uzaq tutmaq əvəzinə, bunu tənzimləməyi bacarmaq lazımdır. Dövlət bu sahəni tənzimləməyə çalışır və çalışmalıdır da. Çünki burada əsas məsələ düzgün və effektiv tənzimləmənin təmin edilməsidir".
Nazir bildirib ki, Azərbaycanda valideynlərin böyük qismi uşaqlarla evdə vaxt keçirə bilmir:
"Bu da uşaqların inkişafına qaçılmaz şəkildə təsir edir. Çünki orta statistik məlumatlar da evdə valideynin müxtəlif oyunlar oynadığı, yatanda nağıl oxuduğu uşaqların məktəbdə oxuma və anlama, riyazi biliklərinin yüksək olduğunu göstərir. Ona görə də əsas məqsəd bu reallığı inkar etmək deyil, onu düzgün qiymətləndirmək və idarə etmək olmalıdır. Növbəti illərdə və onilliklərdə uşaqların rəqəmsal və elektron öyrənmə imkanları əvvəlki nəsillərlə müqayisədə daha da genişlənəcək. Bu tendensiyanı nəzərə almadan və ona uyğun siyasətlər formalaşdırmadan uğurlu nəticələr əldə etmək mümkün olmayacaq".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 10 İyun 2026 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















