Emin Əmrullayev: Bakıdan kənarda uşaqların oxu səviyyəsi aşağıdır
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
"Ölkədə, xüsusilə Bakıdan kənarda uşaqların oxu səviyyəsi aşağıdır".
Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı zamanı çıxışında deyib.
Nazir bildirib ki, oxu savadlılığı istiqamətində İƏİT ortalaması 482 bal təşkil edir. Təqdim olunan cədvələ əsasən, 91 ölkə və regiondan 13-ü əvvəlki qiymətləndirmədə iştirak etməmiş, 19 ölkədə nəticələr yaxşılaşmış, 59 ölkədə isə nəticələr aşağı düşmüşdür. Siyahının sonunda isə Azərbaycan Respublikası 374 balla təmsil olunub.
Onun sözlərinə görə, şagirdlər oxuya bilir, amma oxuyub anlamaq, oxuduqlarını müzakirə etmək, tənqidi oxu və təhlil etmək bacarıqları baxımından ciddi pedaqoji problemlər var.
Nazir qeyd edib ki, bu məsələ yalnız məktəblə deyil, müəllimlərimiz, müəllim hazırlığımız və pedaqoji praktika ilə əlaqədardır, həmçinin sinfə gələn müəllimlər dəyişməlidir.
Emin Əmrullayevin fikrincə, qrammatika sualları verməyə davam etsək, yalnız dil qaydasını öyrənmiş olarıq, lakin bu, oxu bacarıqlarının inkişafına mənfi təsir edir.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 08 Sentyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















