Icma.az
close
up
RU
Emin Əmrullayev yeni əməkhaqqı sisteminə dair detalları AÇIQLADI

Emin Əmrullayev yeni əməkhaqqı sisteminə dair detalları AÇIQLADI

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Məktəblərdə daimi və rəqabətli modelə keçid nəzərdə tutulur”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisdə Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev bildirib. 

O, müəllim əməyinin təşkili və yeni iş modeli barədə məlumat verərək bildirib ki, məqsəd müəllimlər üçün daha rəqabətli, dayanıqlı və ədalətli əmək sistemi formalaşdırmaqdır:

“Yeni model müəllimləri məcbur etməyəcək, tamamilə könüllü və rəqabətə əsaslanacaq. Bu sistemdə müəllimlər daimi işlə təmin olunacaq və onların əməyinin qarşılığı daha yüksək olacaq. Belə müəllimlərin dərs yükü həftədə 18–24 saat təşkil edəcək. Qalan vaxtlarını isə onlar metodik hazırlıq, şagirdlərlə fərdi iş, layihələrdə iştirak kimi fəaliyyətlərə sərf edəcəklər”.

Nazir qeyd edib ki, bu modeldə yalnız yüksək peşə göstəricilərinə malik, sertifikasiyada yüksək bal toplamış müəllimlər iştirak edə biləcəklər:

“Kim istəmirsə, əvvəlki kimi saat hesabı ilə – sovet sistemindən miras qalmış “stavka” prinsipi ilə işləməyə davam edə bilər. Amma biz başa düşməliyik ki, bu sistem artıq köhnəlib və gələcəkdə davamlı ola bilməz. Yeni model müəllimin məktəbə daimi bağlılığını təmin edəcək və əməyin qiymətləndirilməsində əsaslı dönüş yaradacaq”.

Emin Əmrullayevin sözlərinə görə, müəllim əməyinin dəyərinin aşağı olmasının əsas səbəblərindən biri onların dərs yükünün azlığı ilə bağlıdır.

“Hazırda təxminən hər dörd müəllimdən biri həftədə cəmi 13 saat dərs deyir. Bu da onların ümumi əməkhaqqının aşağı olmasına səbəb olur. Yeni modelin tətbiqi ilə bu problemi aradan qaldırmaq, müəllimlik peşəsini həm maddi, həm də mənəvi baxımdan daha cəlbedici etmək niyyətindəyik”, - deyə nazir əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Noyabr 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see167

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see165

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see155

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see139

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see138

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see138

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see134

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri