Bu fənn üzrə dərs saatları artırılacaq Emin Əmrullayev AÇIQLADI
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan dilini mükəmməl bilməsi dövlətin əsas məqsədlərindən biridir. Elm və Təhsil Nazirliyi olaraq son illərdə bu istiqamətdə mövcud imkanlar daxilində bir sıra mühüm qərarlar qəbul etmişik və düşünürəm ki, bu qərarlar gələcəkdə də ardıcıl şəkildə davam etdiriləcək. Bu qərarlardan biri tədris planlarında Azərbaycan dili dərs saatlarının artırılmasıdır.
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, eyni zamanda müxtəlif fənlərin – o cümlədən, Azərbaycan tarixi fənninin – artıq 6-cı sinifdən başlayaraq tədris dilindən asılı olmayaraq Azərbaycan dilində keçirilməsi təmin edilib.
“Bununla yanaşı, Çağırışaqədərki hərbi hazırlıq fənninin də Azərbaycan dilində tədrisi tətbiq olunur. Ümumilikdə, ayrı-ayrı fənlərin Azərbaycan dilində tədrisi həm Azərbaycan dilində ümumi tədris saatlarının artması, həm də bu istiqamətdə şagirdlərin dil bacarıqlarının və səriştələrinin inkişafı deməkdir”, - deyə o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 08 Dekabr 2025 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















