Emin Əmrullayevdən Qərbi Azərbaycanla bağlı diqqətçəkən AÇIQLAMA
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
“Bu istiqamətdə Qərbi Azərbaycan İcmasının, eləcə də elm müəssisələrinin, xüsusilə Naxçıvan Dövlət Universitetinin rolunu xüsusi qeyd etmək istərdim”.
Redaktor.az xəbər verir ki, bu fikirləri III “Qərbi Azərbaycana qayıdış” festival konfrasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Ötən dövrə nəzər saldıqda deyə bilərik ki, Qərbi Azərbaycan mövzusu ideyadan strateji fəaliyyət mərhələsinə keçib. Cənab Prezidentin siyasəti nəticəsində Qərbi Azərbaycana qayıdışla bağlı sistemli təşkilatlanma, maarifləndirmə və araşdırma tədbirləri həyata keçirilir.
Bu mövzu artıq ictimai düşüncənin formalaşmasında, təşəbbüslərimizin və diplomatiyamızın ayrılmaz hissəsinə çevrilib. Qarabağa və Şərqi Zəngəzura qayıdış birmənalı şəkildə göstərir ki, tarixi ədalət gec-tez öz yerini tapır. Bu gün azərbaycanlıların Qarabağa geri dönməsi də onu göstərir ki, müəyyən dövrlərdə ədalətsizliklə üzləşsək belə, xalq olaraq bu ədalətsizliklə mübarizə apardıqda arzularımıza nail ola bilirik.
Naxçıvan Dövlət Universitetinin də bu istiqamətdə gördüyü işləri xüsusi qeyd etmək istərdim”,- nazir vurğulayıb (teleqraf).
Baxış sayı:133
Bu xəbər 18 İyun 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















