Icma.az
close
up
RU
Emin Kürdov: Hədəf qrupu maksimum nəticə ilə zirvədə başa vurmaqdır

Emin Kürdov: Hədəf qrupu maksimum nəticə ilə zirvədə başa vurmaqdır

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Futzal üzrə ölkə çempionu "Araz-Naxçıvan"ın və Azərbaycan millisinin qapıçısı Emin Kürdov UEFA Çempionlar Liqasının ilk iki turundakı nəticələri dəyərləndirib.

İdman.biz xəbər verir ki, Naxçıvan təmsilçisinin kapitanı Fanat-Az-a açıqlamasında Avstriyadakı oyunlar barədə danışıb.

Kürdov bildirib ki, ilk oyundakı rəqibləri "Sparta Belfast" onlara tanış idi: "Bu komanda ilə ötən il də Çempionlar Liqasında qarşılaşmış və qalib (7:1) gəlmişdik. Bu dəfə də demək olar eyni ssenari yaşandı. Bu dəfə 9:1 qalib gəldik. İkinci oyunda Şotlandiya çempionu "PYF Saltires" ilə qarşılaşdıq. Bu rəqibi tanımırdıq, haqqında heç nə bilmirdik. Amma uğurlu startdan irəli gələn motivasiya ilə meydana çıxdıq. İnamlı oynayıb rahat - 7:2 hesablı qələbə qazandıq. Ümumiyyətlə, ilk iki turdakı oyunların bizə çox faydası oldu. Çünki "Araz-Naxçıvan" yenilənib, 90 faizi yeni oyunçulardır. Buna görə oyun təcrübəsinin və anlaşmanın azlığından əziyyət çəkə biləcəyimizdən ehtiyatlanırdıq. Tədricən daha yaxşı formaya düşəcəyik".

Kapitanın sözlərinə görə, sabah turnirdə ən vacib oyuna çıxacaqlar: "Meydan sahibi "Ljuti Krajişniçi" də ilk iki görüşünü qələbə ilə başa vurub. Yerli publika da onların tərəfində olacaq. Ancaq istənilən halda, hədəf qrupu maksimum nəticə ilə zirvədə başa vurmaqdır. Sonuncu oyunumuzu da qələbə ilə başa vurmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik".

Qeyd edək ki, "Ljuti Krajişniçi" (Avstriya) – Araz-Naxçıvan oyunu 30 avqustda baş tutacaq və Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Görüşü Filipe Duarte (Portuqaliya), Orest Dutsiak (Ukrayna) və Aleksandar Vangelovdan (Bolqarıstan) ibarət hakimlər briqadası idarə edəcək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 Avqust 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see321

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see315

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see282

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see264

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see263

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see245

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see244

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see237

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see222

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see219

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see212

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see210

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see206

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see206

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see203

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see200

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see194

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see194

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see192

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri