Icma.az
close
up
RU
Emin Mahmudov başına görə niyə narahatdı? YAZI

Emin Mahmudov başına görə niyə narahatdı? YAZI

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli tariximizin ən məhsuldar futbolçuları hazırda "Qarabağ"ın baş məşqçisi postunda əyləşən Qurban Qurbanov və "Neftçi"nin futbolçusu Emin Mahmudovdu.

Məlum olduğu kimi, onlar hərəyə 14 qolla bombardirlər siyahısında liderliyi bölüşür. Bu o deməkdi ki, Emin daha bir qol vursa, yığmamız üçün yeni tarix yazacaq. Ancaq alınmır ki, alınmır. Sonuncu dəfə ötən ilin iyununda Qazaxıstana qarşı matçda fərqlənən oyunçu bundan sonra üçü Millətlər Liqası, biri yoldaşlıq oyunu olmaqla 4 matçda meydana çıxsa da, rəqiblərin qapısına yol tapa bilməyib.
İş ondadı ki, bunun üçün onun xeyli şansı olub. Xatırlayırsızsa, Emin hələ Millətlər Liqasının 4-cü turu çərçivəsində Slovakiyaya qarşı keçirilən matçda əla fürsət əldə etmişdi. Ancaq penaltini Ramil Şeydayevin yerinə yetirməsinə göz yumdu. Əlbəttə, onun iyunun 7-də Latviyaya qarşı oyunda da fərqlənmək ehtimalı var idi. Ancaq bu dəfə də hansısa səbəbdən arxa xətdə daha çox vaxt keçirdi. Halbuki hesabın açılmadığı oyunda ardıcıl hücumlara ehtiyac var idi, nəinki müdafiə olunmağa.
Emin oyun tərzinin səbəbini belə izah etdi:

"15-ci qolu vurmaq barədə fikirləşmirəm. Bunu düşünsəm, başım gedəcək. Komandamı düşünürəm. İkinci hissədə kollektivimə daha çox fayda vermək üçün arxa xətdə oynadım. İnşallah, alınsa, qol vuracam. Alınmasa da... Yaşayırıq da..."

Emin millidəki ilk qolunu 2018-ci idə səfərdə Latviya ilə yoldaşlıq oyununda vurub. Yəni bu işi macəranın başladığı yerdə bitirmək olardı. Emin demişkən, alınmadı. Amma daha bir şans var. Milli sabah "Liv Bona Dea Arena"da Macarıstanı qəbul edəcək. Bu matçda fərqlənmək lazımdı.
İndi başa görə narahat olmaqdansa, "baş işlətmək" lazımdı. Həmişə sağ ayaqla qol vurası deyilsən ki...
KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 İyun 2025 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see228

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see222

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see192

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see189

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see180

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see176

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see161

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see146

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri