Icma.az
close
up
RU
Emin Mahmudov “come back” edə biləcəkmi? YAZI

Emin Mahmudov “come back” edə biləcəkmi? YAZI

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Deyəsən, xüsusilə “Neftçi” azarkeşlərinin Emin Mahmudovla bağlı narahatlığı başa çatmaq üzrədi. Axı Samir Abasovun baş məşqçi postuna gəlişindən sonra keçirilən hər iki oyunda sabiq kapitan start heyətində meydana çıxıb və sonadək top qovub.

Əslində hadisələrin axarı bizə tanışdı. Elə Roman Qriqorçuk da “ağ-qaralar”ı meydana çıxardığı ilk üç oyunda Emini “dişinə çəkdi”. Daha doğrusu, birinci matçda 83 dəqiqə meydanda olan futbolçu ikinci və üçüncü görüşlərdə 90 dəqiqə şans qazandı. Özü də kapitan sarğısıyla. Ardınca Mahmudovun ümidləri doğrultmadığını gördük ki, futbolçu həm bazübəndi əldən verdi, həm də start heyətindəki yerini. Vacib bir məqamı da unutmayaq. Qriqorçuk “Neftçi”nin “Zirə”nin qonağı olduğu 6-cı tur matçında Eminə ikinci dəfə şans verdi. Bəli-bəli, kapitan kimi. Lakin bu dəfə də nəsə dəyişmədi. Həm komanda uduzdu (0:2), həm də Mahmudov çox süst oyun keçirdi. İndi həmin hadisələr təkrarlanır. Bir fərqlə ki, bu dəfə Mahmudov sarğısızdı. Və onu qaytarmaq üçün çox əlləşməli-vuruşmalı olacaq. Bu prosesə start verilibmi? Bəli.
Elə “dünənə qədər” təcrübəli futbolçunun karyerasını bitirəcəyi və ya Türkiyənin 1-ci liqa klublarıyla anlaşacağı haqda söz-söhbət eşidirdik. İndi vəziyyət fərqlidi. Emin Samir Abasovun rəhbərliyi altında çıxdığı matçlarda sözün əsl mənasında can qoyur. İstər qapıya zərbələr, istərsə də yaxşı oyunu ilə diqqəti çəkir ki, məqsədini də büruzə verir: kapitan sarğısına qovuşmaq. Təbii ki, bunun baş verib-verməməsi Samir Abasovdan yox, elə Eminin özündən asılıdı. O, bazübəndi, necə deyərlər, dişiylə-dırnağıyla qazanmalıdı ki, qalan futbolçular baş məşqçinin qərarından narazı qalmasın.
Həmçinin Emin yuxarıda xatırlatdığım hadisələrin təkrarlanmasına imkan verməməlidi. Performansı nəinki davamlı olmalı, oyundan-oyuna daha yaxşısını etməlidi. Bəlkə onda həm Qurban Qurbanovun millidəki rekordunu yeniləyər, həm də “Neftçi”ni əvvəlki əzəmətini bərpa etməsində ciddi rol oynayar. Bizə isə izləmək düşür ki, bu sualın cavabını öyrənək: Emin Mahmudov “come back” edə biləcəkmi?
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Noyabr 2024 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri