Icma.az
close
up
RU
Emin Mahmudov: “Qarabağ”ın hansı formada olması bizim üçün önəmli deyil”

Emin Mahmudov: “Qarabağ”ın hansı formada olması bizim üçün önəmli deyil”

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudovun Futbolxeber.az saytına müsahibəsi

- Dramatik keçən oyunda “Zirə”ni məğlub etdiniz. 2:1 hesablı qələbəni necə şərh edərdiniz?

- Maraqlı oyun oldu. Meydanda mübarizə çox idi. Ola bilər azarkeşlər 90 dəqiqə boyunca gözəl oyuna şahidlik etmədilər. Lakin sonluq çox gözəl alındı.

- Hər şey qolsuz heç-heçəyə doğru getdiyi anda nə baş verdi ki, 5 dəqiqə ərzində ardıcıl 3 qol izlədik?

- Hər iki komanda qələbə qazanmaq istəyirdi. Biz də istəkli idik, "Zirə" də. Hər iki komanda dayanmırdı, qalıb gəlmək, 3 xal qazanmaq istəyirdi. Ola bilər buna görə sonluq belə dramatik alındı. Çox şadam ki, yekunda 3 xal qazanan tərəf biz olduq.

- Qələbəyə baxmayaraq, razısınız ki, oyun baxımından "Neftçi" o qədər də inamlı deyildi?

- Məncə, hər iki komanda daha yaxşı oyun nümayiş etdirə bilərdi. Düzdür, qol epizodları çox deyildi. Lakin meydanda mübarizə var idi. Biz daha yaxşı oynaya bilərik. Zamanla bundan da inamlı təsir bağışlayacağımıza inanıram. Bu cür qələbələr komandaya güvən verir.

- Artıq ardıcıl üç oyundur "Neftçi" qələbə qazanır.

- Təbii ki, buna görə sevinirik. Dediyim kimi, ardıcıl qələbələr komandaya inam verir. İnam olan yerdə isə nəticələr də yaxşılaşır.

- Növbəti turda "Qarabağ"la qarşılaşacaqsınız. Qələbə seriyasını davam etdirmək mümkün olacaq? “Qarabağ”ın hazırda yaxşı formada olmaması 3 xal şansınızı artırır?

- Bizim üçün rəqibin hansı formada olması önəmli deyil. Hər matça olduğu kimi, "Qarabağ"la görüşə də 3 xal üçün çıxacağıq. Ola bilər, çempionatda şansımız o qədər də çox deyil. Lakin "Neftçi" olaraq hər matçda hədəfimiz qalib gəlməkdir. Azarkeşlərimizə borcluyuq. Çünki turnir cədvəlində aşağı pillələrdə qərarlaşsaq da, fanatlarımız hər zaman yanımızdadırlar, bizi dəstəkləyirlər. Onlar üçün qələbə qazanmalıyıq.

- Yəni “Neftçi” üçün əsas hədəf kubokdur?

- Hazırda o barədə çox düşünmək lazım deyil. Real yanaşsaq, bəli, çempionatda yuxarı pillələrdən xeyli aralı düşmüşük. Mövsümün ilk yarısında çox xal itirmişik. Buna görə də ilk növbədə oyunumuzu yaxşılaşdırmalıyıq. Avrokuboklara vəsiqə qazanmaq baxımından kubokda şansımız daha çoxdur.

- “Zirə” ilə matçda hesabı açdınız. Bu qol özünəinamınızı artıracaq?

- Emin Səfərov çox yaxşı keçid etdi, gözəl də ötürmə verdi. Zərbəm də alındı. Qollar vurduğum üçün sevinirəm. Mənim üçün bu, vacibdir. Komandaya kömək etmək istəyirəm. Bunun üçün çox qol vurmaq, assist etmək lazımdır. Komandamızın buna ehtiyacı var.

- Emin Mahmudovun əvvəlki formasını bərpa etdiyini demək olar?

- Komanda mənə kömək edir. Əvvəl nisbətən arxada oynayırdım. İndi isə komanda yoldaşlarım kömək edirlər, daha çox irəlidə oynayıram. Bu baxımdan, ola bilər ki, oyunum yaxşılaşıb. Üstəlik, məşqçinin güvəni də vacib rol oynayır. Samir müəllimin etimadı mənim üçün mühüm əhəmiyyət kəsb edir.

- Son günlər ən çox müzakirə olunan mövzulardan biri legioner limitinin ləğvidir. Millinin aparıcı üzvü kimi siz bu barədə hansı fikirdəsiniz?

- Qərar verilib artıq, ona görə də danışmağımız heç nəyi dəyişməyəcək.

- Bəs komanda sayının artması?

- Komanda sayının artması yaxşıdır. Növbəti mövsümlərdə də say artsa, çempionatımız daha da maraqlı keçər. Düzdür, hələlik format məlum deyil. Baxaq görək nə olur. Ümid edirəm ki, hamımız üçün xeyirlisi olar.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 Fevral 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri