Icma.az
close
up
RU
Qarabağ la oyuna 3 xal üçün çıxacağıq Emin Mahmudov

Qarabağ la oyuna 3 xal üçün çıxacağıq Emin Mahmudov

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudovun QOL.az saytına müsahibəsi

- Dramatik keçən oyunda “Zirə”ni məğlub etdiniz. 2:1 hesablı qələbəni necə şərh edərdiniz?

- Maraqlı oyun oldu. Meydanda mübarizə çox idi. Ola bilər, azarkeşlər 90 dəqiqə boyunca gözəl oyuna şahidlik etmədilər. Lakin sonluq çox gözəl alındı.

- Hər şey qolsuz heç-heçəyə doğru getdiyi anda nə baş verdi ki, 5 dəqiqə ərzində ardıcıl 3 qol izlədik?

- Hər iki komanda qələbə qazanmaq istəyirdi. Biz də istəkli idik, "Zirə" də. Sona qədər heç bir komanda dayanmırdı, qalıb gəlmək, 3 xal qazanmaq istəyirdi. Ola bilər buna görə sonluq belə dramatik alındı. Çox şadam ki, yekunda 3 xal qazanan tərəf biz olduq.

- Qələbəyə baxmayaraq, razısınız ki, oyun baxımından "Neftçi" o qədər də inamlı deyildi?

- Məncə, hər iki komanda daha yaxşı oyun sərgiləyə bilərdi. Düzdür, qol epizodları çox deyildi. Lakin meydanda mübarizə var idi. Biz daha yaxşı oynaya bilərik. Zamanla bundan da inamlı təsir bağışlayacağımıza inanıram. Belə qələbələr komandaya güvən verir.

- Artıq ardıcıl üç oyundur "Neftçi" qələbə qazanır...

- Təbii ki, buna görə sevinirik. Dediyim kimi, ardıcıl qələbələr komandaya inam verir. İnam olan yerdə isə nəticələr də yaxşılaşır.

- Növbəti turda "Qarabağ"la qarşılaşacaqsınız. Qələbə seriyasını davam etdirmək mümkün olacaq? “Qarabağ”ın hazırda yaxşı formada olmaması 3 xal şansınızı artırır?

- Bizim üçün rəqibin hansı formada olması önəmli deyil. Hər matça olduğu kimi, "Qarabağ"la görüşə də 3 xal üçün çıxacağıq. Ola bilər çempionatda şansımız o qədər də çox deyil. Lakin "Neftçi" olaraq hər matçda hədəfimiz qalib gəlməkdir. Azarkeşlərimizə borcluyuq. Çünki turnir cədvəlində aşağı pillələrdə qərarlaşdaq da, fanatlarımız hər zaman yanımızdadırlar, bizi dəstəkləyirlər. Onlar üçün qələbə qazanmalıyıq.

- Yəni “Neftçi” üçün əsas hədəf kubokdur?

- Hazırda o barədə çox düşünmək lazım deyil. Real yanaşsaq, bəli, çempionatda yuxarı pillələrdən xeyli aralı düşmüşük. Mövsümün ilk yarısında çox xal itirmişik. Buna görə də ilk növbədə oyunumuzu yaxşılaşdırmalıyıq. Avrokuboklara vəsiqə qazanmaq baxımından kubokda şansımız daha çoxdur.

- “Zirə” ilə matçda hesabı açdınız. Bu qol özünəinamınızı artıracaq?

- Emin Səfərov çox yaxşı keçid etdi, gözəl də ötürmə verdi. Zərbəm də alındı. Qollar vurduğum üçün sevinirəm. Bu, mənim üçün vacibdir. Komandaya kömək etmək istəyirəm. Buna görə də çox qol vurmaq, assist etmək lazımdır. Komandamızın buna ehtiyacı var.

- Demək olar ki, Emin Mahmudov əvvəlki formasını bərpa edir?

- Komandamız mənə kömək edir. Əvvəl nisbətən arxada oynayırdım. İndi isə komanda yoldaşlarım kömək edirlər, daha çox irəlidə oynayıram. Bu baxımdan ola bilər ki, oyunum yaxşılaşıb. Üstəlik, məşqçinin güvəni də vacib rol oynayır. Samir müəllimin etimadı mənim üçün mühüm əhəmiyyət kəsb edir.

- Son günlər ən çox müzakirə olunan mövzulardan biri legioner limitinin ləğvidir. Millinin aparıcı üzvü kimi siz bu barədə hansı fikirdəsiniz?

- Artıq qərar verilib, ona görə də danışmağımız heç nəyi dəyişməyəcək.

- Bəs komanda sayının artması?

- Komanda sayının artması yaxşıdır. Növbəti mövsümlərdə də say artsa, çempionatımız daha da maraqlı keçər. Düzdür, hələlik format məlum deyil. Baxaq görək, nə olur. Ümid edirəm ki, hamımız üçün xeyirlisi olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://qol.az
archiveBu xəbər 11 Fevral 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri