Əminə Əliyevanın uğuru Azərbaycan idmanının parlaq gələcəyindən xəbər verir
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan gənclərinə göstərilən diqqət və qayğının real nəticələri idman sahəsində də özünü göstərir. Gənc istedadlar beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil edərək böyük nailiyyətlər qazanırlar.
Bu uğurlu nümunələrdən biri də milli komandamızın 11 yaşlı üzvü Əminə Əliyevadır. O, İtaliyanın Peruca şəhərində keçirilən beynəlxalq turnirdə Azərbaycanı layiqincə təmsil edərək kunq-fu üzrə dünya çempionatında dünya çempionu adını qazanıb. Əminənin bu uğuru təkcə onun şəxsi nailiyyəti deyil, həm də ölkəmizdə idmanın inkişafına, uşaqların və yeniyetmələrin idmana cəlb edilməsinə göstərilən diqqətin bariz göstəricisidir.
Əminə Əliyevanın uğuru Azərbaycan idmanının parlaq gələcəyindən xəbər verir və gənc idmançılara ilham verir. Bu cür qələbələr gənc nəslin inkişafı üçün yaradılan şəraitin və dövlət siyasətinin nə qədər uğurlu olduğunu bir daha təsdiqləyir.
Bu qələbə Azərbaycan idmançılarının əzmkarlığını və ölkəmizdə idmanın inkişafı üçün görülən məqsədyönlü işlərin real nəticələrini nümayiş etdirir. Bu cür uğurlar idmançılarımıza stimul verir, gələcək zəfərlərə yol açır. Bu münasibətlə bütün Azərbaycan xalqını, qəhrəman idmançılarımızı və ölkə başçımızı səmimi-qəlbdən təbrik edirik.
Hər bir gəncin uğuru – bizim uğurumuz, gələcəyimizin sağlam və keyfiyyətli əllərdə olacağına bir işarədir.
Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Bu mövzuda digər xəbərlər:Dünya çempionu olan Əminə Əliyevanın məşqçiləri DANIŞDILAR
06 İyun 2025 21:24
Əminə Əliyevanın qələbəsi: Emin Ağalarov qızının çempionluq yolundan danışdı
20 May 2025 20:30
“Zərifə Əliyevanın apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifəsidir”
28 Aprel 2025 18:59
Qardaş Azərbaycan nümunə oldu Əminə Ərdoğan
12 Noyabr 2024 15:34
Azərbaycan idmanının hamisi
28 Dekabr 2024 10:02
Baxış sayı:123
Bu xəbər 20 May 2025 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















