Icma.az
close
up
RU
Əmlak bazarının qara qutusu : Paket kupça nədir?

Əmlak bazarının qara qutusu : Paket kupça nədir?

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sosial şəbəkələrdə yerləşdirilən ev elanlarında tez-tez sənədi "paket-kupçadır" ifadəsinə rast gəlinir. Bu ifadə ilə daşınmaz əmlakı təqdim edən vasitəçilər evin guya sənədsiz olmadığını iddia edirlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, "paket-kupça" anlayışı hüquqi baxımdan mülkiyyət hüququ yaratmır.

BAKU.WS ATV-yə istinadən xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, vətəndaşın hər hansı evə pul ödəməsi onun avtomatik olaraq mülkiyyətçisi olması demək deyil. Əmlak üzərində mülkiyyət hüququ yalnız dövlət qeydiyyatından keçmiş çıxarışla ("kupça") təsdiqlənir. Xalq arasında "kupça" adlandırılan bu sənəd daşınmaz əmlakın yeganə hüquqi mülkiyyət sənədidir.

Elanlarda "paket-kupça" kimi təqdim olunan sənədlərə adətən bələdiyyə arayışı, evin eskiz və ya plan-cizgi sənədi, texniki pasport, kommunal ödəniş qəbzləri, etibarnamə və bəzən də özəl şirkət tərəfindən verilmiş qiymətləndirmə rəyi daxil edilir. Lakin bu sənədlər nə ayrı-ayrılıqda, nə də birlikdə mülkiyyət hüququ yaradır.

Çıxarış olmadan aparılan alqı-satqılar notariat qaydasında rəsmiləşdirilmir və bu da qanunsuz hesab olunur. Çıxarış vasitəsilə əmlakın girovda olub-olmadığı, başqa şəxsə satılıb-satılmadığı və ya hər hansı məhdudiyyətin mövcudluğu dəqiq müəyyən edilir.

"Paket-kupça" ilə ev alan şəxslər ciddi hüquqi və maliyyə riskləri ilə üzləşə bilərlər. Daşınmaz əmlak alışı böyük maliyyə məsuliyyəti tələb etdiyindən, vətəndaşlara çıxarış olmadan ev alqı-satqısına getməmək tövsiyə olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 Fevral 2026 08:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri