Əmlak Məsələləri Dövlət Xidmət hansı rəqəmsal alətləri tətbiq edir?
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 14 may, AZƏRTAC
“Ağıllı şəhər” konsepsiyasının mərkəzində şəffaf torpaq və əmlak məlumatları dayanır. Əmlak Məsələləri Dövlət Xidmət bu istiqamətdə hansı rəqəmsal alətləri tətbiq edir və bu dəyişiklikləri vətəndaş gündəlik həyatında necə hiss edəcək?
Dövlət Xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, məkan məlumatlarının idarə olunması, daşınmaz əmlakın kadastrı, qeydiyyatı və qiymətləndirilməsi sistemlərinin modernləşdirilməsi dövlətin sosial-iqtisadi inkişafında, eləcə də dayanıqlı şəhərsalma və əmlak bazarının şəffaflığında mühüm əhəmiyyət kəsb edir.
“Əmlak Məsələləri Dövlət Xidməti torpaq və əmlak məlumatlarının idarə olunmasında bir sıra rəqəmsal alətlər tətbiq edir. Bunlara elektron kadastr sistemləri, onlayn reyestr xidmətləri, coğrafi informasiya sistemləri (GIS) və inteqrasiya olunmuş məlumat platformaları daxildir. Bu alətlər vasitəsilə vətəndaşlar əmlak qeydiyyatı, çıxarışların alınması və digər xidmətləri daha sürətli və şəffaf şəkildə əldə edə bilirlər. Nəticədə, vaxt itkisi azalır, korrupsiya riskləri minimuma enir və dövlət-vətəndaş münasibətlərində etibar güclənir”, - deyə qurumdan bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 14 May 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















