Icma.az
close
up
RU
Əmlak nə zaman etibarlı sayılmır?

Əmlak nə zaman etibarlı sayılmır?

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Məhkəmə gedişatında tərəf mübahisəli əmlakı başqa şəxsə satmışsa, yaxud bağışlamışsa, o zaman məhkəmə iddiaçı tərəfin müraciəti ilə həmin alqı-satqı (bağışlama) müqaviləsinin etibarlı olub-olmamasına baxa bilər". Bu sözləri SİA-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Paşa Səfərov deyib.

O bildirib ki, bu halda əmlakın yeni sahibi də işə cəlb olunmalı və məhkəmə onun vicdanlı əldə edən olub-olmaması məsələsini aydınlaşdırmalıdır: "Hər bir halda mübahisəli əmlakla bağlı məhkəməyə müraciət edilərkən yaxşı olar ki, əmlakla bağlı müəyyən hərəkətlərin edilməsi, o cümlədən onun özgəninkiləşdirilməsi əmlak mülkiyyətçisinə qadağan olunsun. Bu barədə məhkəmə tərəfindən iddiaçının müraciəti əsasında müvəqqəti xarakterli təminat tədbirinə dair qərar da qəbul edilə bilər.

Əgər əmlak məhkəməyədək satılmışsa, o zaman iddiaçı tərəfindən qaldırılan iddia zamanı əmlakın hər iki həm köhnə, həm də yeni mülkiyyətçisi tərəf qismində işə cəlb edilməlidir.

Əgər satılmış əmlak məhkəmə tərəfindən etibarlı sayılmazsa, o zaman əmlak köhnə sahibinə qaytarılır, yox əksinə etibarlı sayılırsa, o zaman əmlak yeni sahibində qalır ki, bu zaman iddiaçının əmlakla bağlı tələb hüququ əmlakın köhnə sahibinə qarşı pul tələbi ilə əvəz edilir.

Əgər mənzildə qeydiyyatda olan şəxs xaricə köçmüşsə və onunla əlaqə kəsilmişsə, bu halda mülkiyyətçi həmin şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün aşağıdakı hərəkətləri etdikdən sonra mənzilini satmaq imkanını əldə edəcəkdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 2-ci bəndinə əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə, şəxs müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarıla bilər.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikasi Prezidentinin 14 iyun 1996-ci il tarixli Fərmanının 2.4.-cü maddəsinə əsasən, həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər.

Beləliklə, mənzilin mülkiyyətçisi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edərək mənzilində qeydiyyatda olduğu şəxsin başqa ölkədə yaşayış yeri seçdiyi barədə məlumatı əldə etməli, sonra həmin məlumatla yaşadığı rayon üzrə polis idarəsinin pasport qeydiyyat şöbəsinə müraciət etməli və xaricdə yaşayan şəxsin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb etməlidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Dekabr 2024 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri