Icma.az
close
up
RU
Əmlak qiymətlərində 15 20% artım gözlənilir Nə zaman?

Əmlak qiymətlərində 15 20% artım gözlənilir Nə zaman?

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Deməli, əvvəlki dövrlə müqayisədə hazırda artımı müəyyən edən rəqəmdir. Tikinti-quraşdırma işləri təqribən 1-5% arasında artıb. Bu, müəyyən mənada mübahisəlidir. Çünki həm inşaat materiallarında, həm də işçi qüvvəsinin əməkhaqlarında ciddi fərqlər meydana gəlib”.

Bu sözləri “Yeni Sabah”a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

O qeyd edib ki, mövcud statistik məlumatlar dövlət qurumlarının sifarişi ilə aparılan rəsmi tədqiqatlar əsasında əldə olunub, amma özəl şirkətlər və fərdi şəxslər də tikinti işi ilə məşğuldur: Dördpendirli pizza

“İstər fərdi evlər, istər çoxmərtəbəli binalar, istərsə də bağ evləri inşa edən yüzlərlə şirkət və şəxs var. Onların informasiyasına əsaslansaq, artımın daha yüksək olduğunu görə bilərik.

Dəqiq hesablamalar aparmaq çətin olsa da, təqdim olunan rəqəmlərdən artımın olduğu açıq görünür. Bütün hallarda xərclərin artımı ümumi tendensiya olaraq tikinti işlərinin maya dəyərinin yüksəlməsinə səbəb olur. Maya dəyərinin artması isə avtomatik olaraq bazarda daşınmaz əmlak qiymətlərinə təsir göstərir.

Tikinti xərclərinin istər indeks əsasında, istərsə də smeta şəklində hesablanmış artımı daşınmaz əmlak bazarında qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Onsuz da bu artımı hər rübdə, bəzən isə aylıq olaraq izləyirik. Statistik olaraq daşınmaz əmlak bazarında hər ay 1-2% artım müşahidə olunur ki, bu da ilin sonunda orta hesabla 15–20% artım deməkdir”.

V. Oruc onu da əlavə edib ki, 2025-ci ilin ikinci rübündə tikinti və quraşdırma məsrəflərinin birinci rüblə müqayisədə artması da bu tendensiyanı təsdiqləyir:

“Deməli, daşınmaz əmlak bazarındakı qiymət artımı səbəbsiz deyil. Çünki developer şirkətlər tikinti xərcləri, torpaq dəyəri və digər xərcləri nəzərə alaraq bazara məhsul təqdim edirlər və heç bir sahibkar mənfəətindən imtina etmir. Bu da qiymətlərin yüksəlməsini qaçılmaz edir.

Bu proqnozlaşdırmağa imkan verir ki, 2025-ci ildə də daşınmaz əmlak bazarında qiymət artımı davam edəcək. Bu, investorlar üçün ciddi siqnaldır. Yüksələn qiymətlər həm də əlavə tələbin formalaşmasına səbəb olacaq və nəticədə daşınmaz əmlak bazarında yeni bir bahalaşma dalğası müşahidə olunacaq”.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 Avqust 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri