Icma.az
close
up
RU
Əmlak qiymətləri yenidən artacaq: Söküntü bazara necə təsir edəcək?

Əmlak qiymətləri yenidən artacaq: Söküntü bazara necə təsir edəcək?

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının mərkəzi rayonlarında şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış binalarının inventarizasiyası prosesi başa çatıb. Bakı Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin tapşırıq və göstərişlərindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib. Müşavirə zamanı paytaxtda şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış binaları ilə bağlı xüsusi Komissiya yaradılması qərara alınıb. Bakının müxtəlif ərazilərində uzun illər əvvəl tikilən və müasir standartlara uyğun olmayan binaların hələ də mövcud olması nəzərə alınaraq, Komissiyaya tapşırıq verilib ki, bununla bağlı məsələ tam araşdırılsın, xüsusi riskli zonalar müəyyən edilsin və bu problemin həlli yolları aidiyyəti qurumlarla birlikdə öyrənilsin.

Maraqlıdır, görəsən söküntülər hansı ərazilərdə olacaq? Ərazilərin sökülməsi mənzil bazarına da təsir edəcəkmi?

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, söküntülər həm dövlət ehtiyacı, həm də yeni yaşayış binalarının tikilməsi üçün aparılır: "2021-ci ildə Bakının baş planı təsdiq olundu. 2040-cı ilə qədər Bakı şəhəri Baş planda nəzərdə tutulan formada olacaq. Bu il Baş planın icrası ilə bağlı işlər daha sürətli gedir. Artıq paytaxtda çox sayda istismar müddətini bitirmiş binalar, yaşayış evləri sökülüb. Proses davam etdirilir. Onların yerində parklar, yollar, inzibati binalar inşa olunacaq. Sökülməli ərazilərlə bağlı monitorinqlər, planlamalar aparılır. Qiymətləndirmələrdən sonra qərar verilir. Dövlət ehtiyacı üçün sökülən ərazilərdə vətəndaşlara kompensasiya olaraq pul verilir. Bu işlər mərhələli şəkildə görülür. Yeni yolların çəkilməsi ilə də bağlı müəyyən ərazilərdə söküntü işləri aparılır. Yeni çəkiləcək yolların üzərində olan yaşayış evləri qiymətləndirilərək sökülür və vətəndaşlara kompensasiya məbləği ödənilir”. 

E.Fərzəliyev hazırda söküntü işləri həyata keçirilən yaşayış massivlərindən bəhs etdi: "Hazırda Yasamal ərazisində keçmiş "sovetski” adlanan ərazidə söküntü işləri həyata keçirilir. Oradakı bütün binalar sökülmür. Çünki xeyli tarixi abidə mövcuddur. Məscidlər, hamamlar, kitabxanalar və digər qədim abidə hesab olunan yaşayış binaları da var. Tarixi binalar müəyyən edildikdən sonra onlara söküntü zamanı zərər gəlməməsi üçün maksimum qorunur. Ərazi söküldükdən sonra həmin ərazidə park salınacaq. İkinci İçərişəhər tipli 16-19-cu əsrə aid milli qoruq kimi qorunub saxlanılacaq. Nəsimi rayonunda da kiçik həcmli söküntülər gedir. Yəqin ki, yaxın gələcəkdə söküntülərin miqyası daha da böyüyəcək. O zaman hansı ərazilərin konkret olaraq nə zaman söküləcəyi bəlli olacaq”. 

Ekspertin fikrincə, söküntülərin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur: "Burada bir məsələni də qeyd etməliyik. Hansı ki, köhnə evlərin istər kirayə, istərsə də satış qiyməti yenilərə nisbətən dəfələrlə ucuz idi. Lakin söküldükləri üçün həmin mənzillər əmlak bazarından çıxmış olur. Bu da onu deməyə əsas verir ki, yaxın gələcəkdə paytaxtda kirayə mənzillərin qiymətləri indiki qiymətlərdən dəfələrlə baha olacaq. Çünki yeni binalar daha baha təqdim edilir. Amma hər bir halda Bakı köhnə yaşayış binalarından qurtulmuş olur. Çünki həmin mənzillər təhlükə mənbəyidir. Hər hansı zəlzələ, subasma, sürüşmə nəticəsində həmin ərazilərdə böyük dağıntılar yarana bilər”. 

Əmlak məsələləri üzrə ekspert Anar Nəsirov da bildirdi ki, söhbət istismar müddəti başa çatmış və qəzalı şəraitdə olan binalardan və həyət evlərindən gedir: "İstismar müddəti bitən binaların əksəriyyəti söküləcək. Amma öncəlik qəzalı əmlaklardır. Köhnə binalar sökülərək yerində yeni binalar inşa edilir. Bu həm şəhərin gözəlliyinə, həm insanların rahat yaşamına səbəb olur. Nəsimi, Yasamal, Nərimanov rayonları istiqamətində daha çox söküntü prosesi gedir”. 

A.Nəsirov həmçinin vurğuladı ki, sökülən mənzillər üçün kompensasiya verilməlidir: "Ya vətəndaşa pul, ya da yeni binadan ev nəzərdə tutulur. Pul məbləği ailənin sayı, mənzilin otaqlarının sayına görə hesablanır. Hər şey qarşılıqlı razılaşma əsasında tənzimlənməlidir. Razılaşma olmasa məhkəmə yolu ilə həll edilir”. 

Ekspertin fikrincə, sökülən ərazilərdəki abidələr nəzarətə götürülür: "Tarixi binalar və memarlıq abidələri söküntüyə daxil deyil. Əsasən bu kimi yerlərdə söküntü işləri həyata keçirilmir. Əgər keçirilərsə, söküntü yaxınlığında abidələr qorunur. Abidələrə zərər dəyərsə, şirkətlərin qarşısına tələblər qoyulur. Həmin abidələr yenidən bərpa olunur”.

A.Nəsirov söküntülərin əmlak bazarına təsirindən də danışdı: "Söküntülər əmlak bazarına təsirsiz ötüşmür. Belə ki, hər söküntü zamanı qiymətlər artır. Bunun da səbəbi odur ki, evi sökülən kompensasiya alan vətəndaş yenidən bazara üz tutur. Alıcı artdıqca da əmlak bazarında qiymət artır”. 

Mənbə: "Kaspi" qəzeti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Avqust 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri