Əmlak sığortası bazarı böyüdü
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əmlak sığortası hesabına 47,878 milyon manat sığorta haqqı toplanılıb.
Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 milyon manat və ya 18,8% çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlər isə 727 min manat və yaxud 12,1% artaraq 6,754 milyon manata çatıb.
Beləliklə, bu ilin yanvar-fevral aylarında əmlak sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 14,1 manatı müştərilərə geri ödənilib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 277,562 milyon manat məbləğində sığorta haqqı toplanıb. Bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 1,3% azdır.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 148,800 milyon manat təşkil edib və illik ifadədə 37% artıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 01 Aprel 2026 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















