Icma.az
close
up
RU
Əmlak Xidmətləri Məkanının fəaliyyəti dayandırılıb? AÇIQLAMA

Əmlak Xidmətləri Məkanının fəaliyyəti dayandırılıb? AÇIQLAMA

Əmlak Məsələləri Dövlət Xidməti nəzdində Əmlak Xidmətləri Məkanının fəaliyyətinin dayandırıldığı bildirilir. 

Pravda.az məsələni dəqiqləşdirmək üçün Məkanla əlaqə saxlasa da, zənglərə cavab verilməyib. 

Əmlak Məsələləri Dövlət Xidmətinin sektor müdiri Elmar Yaqubov isə saytımıza açıqlamasında deyib ki, hazırda Əmlak Xidmətləri Məkanı işləyir: “Dövlət əmlakının özəlləşdirilməsi, hərraclar və s. Əmlak Xidmətləri Məkanında keçirilir. Bu gün də orada hərrac keçirilib. Sadəcə, əvvəllər Bakı şəhəri üzrə vətəndaşlar hansısa çıxarış almaq, daşınmaz əmlakla bağlı prosedurları həyata keçirmək üçün Əmlak Xidmətləri Məkanına müraciət edirdilərsə, indi ASAN Xidmətə müraciət edirlər. Əmlak Xidmətləri Məkanı ilə əlaqə yaratmaq üçün "qaynar xətt"ə müraciət edə bilərlər”. 

Aytəkin Qardaşova 

seeBaxış sayı:18
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri