Icma.az
close
up
RU
Emmanuel Makron siyasi böhranla üz üzə tək qalıb

Emmanuel Makron siyasi böhranla üz üzə tək qalıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Paris, 8 oktyabr, AZƏRTAC

Fransa Prezidenti Emmanuel Makron siyasi dəstəyini itirir. Ətrafındakılar ondan uzaqlaşır, partiyası isə dərin bölünmə içindədir. Baş nazir Sebastyan Lökornünün qəfil istefası ölkəni bir daha hökumətsiz qoydu və siyasi qeyri-sabitlik daha da dərinləşdi.

AZƏRTAC xəbər verir ki, Makronun Parisdə “Cite” adasında tək-tənha gəzişdiyi sosial şəbəkələrdə yayıldı. Prezidentin tənhalığı ilə bağlı ironiya və lağlağılar geniş yayılsa da, yaxın ətrafı bu iddiaları rədd edir. “O tək deyil, həmin an çox yaxın birini telefonla axtarırdı”,- deyə keçmiş nazirlərdən biri mətbuata bildirdi.

Prezidentin öz partiyasının (“Renaissance”) daxilində də narazılığın artdığı bildirilir. “Dövlət başçısının dəstəkçiləri tükənmək üzrədir, amma yenə də bəzi prezidentliyə iddialılardan daha effektivdirlər”, - deyə partiyanın milli müşaviri Martin Qaraqnon bildirib. Makronun keçmiş baş nazirləri Eduard Filip və Qabriel Attal artıq açıq şəkildə prezidentlə məsafə saxlayırlar.

Qabriel Attal “TF1” kanalında çıxış edərək prezidentin qərarlarını açıq şəkildə tənqid etdi. “Artıq başa düşmürəm, niyə belə qərarlar verir?” deyən Attalın bu çıxışı partiya daxilində şok effekti yaratdı. “Prezident olmasaydı, o, Vanve komunasında sadəcə bələdiyyənin üzvü olardı”, - deyə partiya nümayəndələrindən biri Q.Attala qarşı sərt ifadə işlətdi.

Keçmiş nazirlər, deputatlar və partiya funksionerləri Makronun qərarlarını və siyasi strategiyasını sorğulamağa başlayıblar. “Baş nazirin istefasını qəbul edib, sonra ona missiya vermək necə izah oluna bilər?”, - deyə deputat Seline Kalvez reaksiya verib. Əksəriyyət Lökornünün 48 saatlıq missiyasına şübhə ilə yanaşır.

Eduard Filip isə daha da irəli gedərək, 2026 büdcəsi qəbul olunduqdan sonra erkən prezident seçkilərinin keçirilməsini təklif edir. “Prezident institutları öz maraqları üçün yox, xidmət üçün istifadə etməlidir”, - deyə o bildirib.

Makronun 2024-cü ilin iyununda Milli Assambleyanı buraxması partiya daxilində bir çoxlarını sarsıdıb. O vaxtdan bəri ölkədə artıq üç baş nazir dəyişib. “Prezidentin özü də artıq vəziyyətə nəzarət edə bilmir”,-deyə keçmiş müşavirlərdən biri etiraf edib.

“Bütün günahları Yeliseyə (Prezident Aparatına) yükləyirlər, amma problem əslində Milli Assambleyadadır”, - deyə partiyanın liderlərindən olan senator Fransua Patriya vəziyyəti izah edib. “Prezidentə qarşı bu qədər sərt münasibət ədalətsizdir”, - deyə keçmiş nazirlərdən biri qeyd edib.

Bəzi deputatlar Makronun ətrafındakılardan şikayətçidirlər. “Ətrafındakılar yaxşı deyil. Bizi dinləmir, mesajlarımıza cavab vermir”, - deyə bəzi deputatlar narahatlıqlarını ifadə edirlər.

Sabiq baş nazir Elizabet Born isə pensiya islahatının təxirə salınmasını təklif edərək, Yeliseyin xəbəri olmadan solçulara yaxınlaşma mesajı verərək bu qarışıqlığa öz töhfəsini verib. Beləliklə, Makronun öz cəbhəsində kimisi solçularla ittifaq istəyir, kimisi isə Makronun “toxunulmaz” reformlarını qorumağa çalışır.

Makronun son bəyanatı sadəcə bir cümlədir: “Prezident öz məsuliyyətini üzərinə götürəcək”. Bu isə bir çoxları tərəfindən Milli Assambleyanın yenidən buraxılması təhdidi kimi qəbul olunur.

Nazirlərdən birinin “Prezident divara dirənib. Beynəlxalq vəziyyəti görmək onu ümidsizliyə salır” sitatı səsləndirilir. Ancaq Lökornü oktyabrın 9-da bildirib ki, yeni bir buraxılma “uzaq perspektivdədir”. Bu, o deməkdir ki, Makron ya solçulardan, ya da texnokratlardan yeni baş nazir təyin etməli olacaq. Bu isə onun siyasi irsini sual altına alacaq. Lakin onun yaxın ətrafı bir məsələdə əmindir: Makron istefa verməyəcək. “Hər şey masa üzərindədir, prezidentin istefası istisna olmaqla”,- deyə tərəfdarlarından biri bildirib.

Makron hakimiyyətinin son mərhələsindədir. Gücünü itirən prezident həm partiyası, həm də xalq arasında dəstək itirərkən çıxış yolu tapmağa çalışır. Amma kartlar azalıb və zaman onun əleyhinə işləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri