Icma.az
close
up
RU
Yelisey Sarayı yeni siyasi böhranla üz üzə

Yelisey Sarayı yeni siyasi böhranla üz üzə

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Makronun həyata keçirdiyi səriştəsiz siyasət Fransanı siyasi böhran burulğanına salıb və Yelisey Sarayı çoxsaylı cəhdlər göstərməklə yaranmış vəziyyətdən üstün durumda çıxmağa çalışsa da, buna müyəssər ola bilmir. Ötən ilin yayından başlayaraq Makronun mərkəzçi kimi təqdim olunan bloku Avropa Parlamentinə və Milli Assambleyaya keçirilən seçkilərdə fiasko ilə üzləşdi. Bundan sonra hakim komanda uzun müddət hökumət böhranı bataqlığında ilişib qaldı. Hazırda isə ölkə yeni siyasi böhran və hətta vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzədir.

Yeni siyasi böhrana rəvac verən sifarişli məhkəmə qərarı

Bu günlərdə Paris məhkəməsinin sağçı “Milli Birlik” Partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Penə və partiyanın daha səkkiz təmsilçisinə qarşı sifarişli qərar çıxartmasından sonra başlayan proseslər ölkədə yeni siyasi böhranın qaçılmaz olacağından xəbər verir. Məhkəmə Marin Le Pen və “Milli Birlik” Partiyasından olan səkkiz deputatı parlament köməkçiləri işində təqsirli bilib. Məhkəmənin qərarı ilə Le Pen dörd il müddətinə (iki il şərti və iki il elektron qolbaqla) azadlıqdan məhrum edilib. O, həmçinin 100 min avro məbləğində cərimələnib. Bundan başqa, məhkəmə Le Penə beş il müddətində dövlət orqanlarına seçilməyi qadağa qoyub. Məhkəmə qərara gəlib ki, hökm təcili yerinə yetirilməlidir. Le Pen Avropa Parlamentində köməkçiləri işə götürmək üçün ayrılan vəsaiti mənimsəməkdə təqsirli bilinib.

Analitiklər Paris məhkəməsinin “Milli Birlik” Partiyasının təmsilçiləri ilə bağlı məlum qərarı çıxarmasını Makronun növbəti prezident seçkilərinə hazırlıq planının tərkib hissəsi kimi dəyərləndirirlər və burada həqiqət payı böyükdür. Qanunvericiliyə görə, 2027-ci ildə keçiriləcək seçkilərə hələ iki il vaxt qalsa da, belə görünür ki, Makron indidən hakimiyyətinin ömrünü uzatmaq qayğısına qalmağa qərar verib. Buna səbəb kimi isə son vaxtlarda ölkənin siyasi səhnəsində dəyişən mənzərə göstərilir. Xüsusilə də ötən il keçirilən iki seçki Makron üçün əsl dərs oldu. Belə ki, onun rəhbərlik etdiyi mərkəzçi blok həm Avropa Parlamentinə (AP), həm də Milli Assambleyaya iki turda baş tutan seçkilərdə acınacaqlı məğlubiyyətə uğradı. Bu, onu deməyə əsas verir ki, 2027-ci il seçkilərində Makronun üçüncü dəfə dövlət başçısı seçilmək şansı sıfıra bərabərdir. Hətta onun postunu daha tez tərk edəcəyi də ehtimal olunur. Bu kimi reallıqlar fonunda Makron güclü, daha populyar rəqiblərini sıradan çıxarmaq və seçkilərə daha zəif namizədlərlə bir arada qatılmaq istəyir. Bu halda təbii ki, onun növbəti dəfə prezident seçilmək şansı daha çox olacaq. 

Lakin Yelisey Sarayının hazırkı sahibinin rəqiblərinə məhkəmə qərarları ilə təzyiq göstərmək planı həm də onun özünə qarşı çevrilib. Cəmiyyət “Milli Birlik” Partiyasının təmsilçiləri ilə bağlı verilən absurd məhkəmə qərarını qəbul etmir və bunu “Fransa demokratiyasının  edamı” kimi dəyərləndirir. Rəsmi Parisə, həmçinin beynəlxalq birlik tərəfindən də ciddi təzyiqlər göstərilir və prezidentliyə ən real namizədlərdən biri sayılan Marin Le Penə qaşı absurd məhkəmə qərarına yenidən baxılması istənilir. Belə çıxır ki, Makron öz-özünü çıxılmaz labirintə salıb.

Üç siyasi partiyanın bir-birinə etirazı

Bəhs olunan məhkəmə qərarı fonunda bu günlərdə inqilablar şəhəri kimi tanınan Parisdə bir neçə siyasi partiya fərqli məkanlarda nümayişlər keçirib. Belə ki, ölkədəki siyasi partiyalar, xüsusilə də ifrat sağçı “Milli Birlik”, solçular, eləcə də makronçular - Qabriel Attalın rəhbərliyi ilə “Renaissance” partiyası eyni vaxtda nümayişə toplaşıb.

Təbii ki, fərqli olan yalnız məkanlar deyil. Nümayişlərdə səsləndirilən şüarlar da bir-biri ilə kəskin ziddiyyət təşkil edib. “Fransa demokratiyası məhv edilir. Edam edilən Fransa demokratiyasıdır. Artıq hakimlərin idarəçiliyi deyil, bu, hakimlərin diktaturasıdır, onlar Fransa xalqının özünü ifadə etməsinə mane olmaq istəyirlər”, - deyə Marin Le Pen tərəfdarları birinci instansiya məhkəməsinin  qərarına etirazlarını bildiriblər.  Lepençilər iddia edirlər ki, prokurora bu əmr siyasi sifariş əsasında ədliyyə naziri tərəfindən verilib.

Mitinq iştirakçıları arasında hər yaşda olan insanlar, istər gənclər, istərsə də yaşlı fransızlar olub. Marin Le Penin özü də mitinqə gəlib. O, çıxışında məhkəmənin qərarının vətəni, xalqı, şərəfi tapdaladığını bildirib. “Hamının bilməsini istəyirəm: təslim olmayacağam. Bizə qarşı keçirilən məhkəmə prosesinin siyasi fonunu vurğulamaqdan çəkinmirəm. Bu, məhkəmə qərarı deyil. Bu, siyasi qərardır, siyasətçilər üçün ovdur”, - deyə siyasətçi vurğulayıb.

Solçular isə keçirdikləri nümayişdə məhkəmə qərarına dəstəklərini ifadə ediblər. “Qanunun aliliyinə görə narahat olmayın”, “İfrat sağçılara öz qanunlarını yaratmağa imkan verməyək”, - deyə Parisdə Respublika meydanında toplaşmış solçular bildiriblər. Nümayiş çərçivəsində solçular mayın 1-ə ümumi nümayişə çağırış ediblər.

Makronçular isə Sen Denidə toplaşıblar. Bu, keçmiş baş nazir Qabriel Attalın partiyanın rəhbəri seşildikdən sonra keçirilən ilk nümayişdir. Keçmiş baş nazir Eduard Filip, indiki Baş nazir Fransua Bayru və ədliyyə naziri Jerald Darmaninin müşayiəti ilə Qabriel Attal bəyan edib: “Biz heç vaxt məhkəmə qərarını ləğv etməyəcəyik, heç vaxt “qırmızı” hakimlərin olduğunu söyləməyəcəyik”.

Göründüyü kimi, fərqli nümayişlərdə solçularla mərkəzçilərin səsləndirdikləri şüarlar məzmunca oxşardır. Bu da o qənətə gəlməyə əsas verir ki, Makronun komandası “Milli birlik” Partiyasına qarşı revanşı yenə də solçularla birlikdə edir. Xatırladaq ki, hakim komanda ötən il parlament seçkilərində də eyni texnologiyadan yararlanmışdı.

Növbəti prezident seçkilərində ifrat sağçıların şansı daha çoxdur

“Elabe” sosial sorğu institutu “BFM TV” və “La Tribune Dimanche”ın sifarişi ilə 2027-ci il prezident seçkilərinə iki il qalmış fransızların səsvermə niyyətləri ilə bağlı sorğunun nəticələrini təqdim edib.

Sorğunun nəticələrinə görə, ifrat sağçı “Milli Birlik” Partiyası onu kimin təmsil etməsindən asılı olmayaraq, böyük fərqlə birinci turun zirvəsinə yüksəlmək üçün kifayət qədər şansa malikdir.

Marin Le Pen və Jordan Bardella “Milli Birlik” Partiyasına seçicilərin 30 faizdən çoxunun səsini qazanmağa imkan yaradırlar.  “Elabe”ın keçirdiyi rəy sorğusuna görə, prezident seçkilərinin ilk turu bu bazar günü keçirilsəydi, partiyanın bu iki fiquru çox yaxın səsvermə balı - Le Pen 32-36 faiz və Bardella üçün 31-35,5 faiz əldə edə bilərdilər. Hər iki halda, RN nəzərdə tutulan bütün altı ssenaridə sol və sağçı rəqiblərini beş xaldan çox qabaqlayaraq lider olacaqdı.

“Elabe” hesab edir ki, makronçular partiyası iki hipotetik namizədlə (Eduard Filip, Qabriel Attal) səs toplama niyyətində ikinci yerdədir. Keçmiş baş nazir Qabriel Attal səsvermə niyyətinin 18 faizini, Eduard Filip isə 24 faizini əldə edib. Onların tipik seçiciləri- rəhbər işçilər, təqaüdçülər, İl de Frans kommunasının sakinləri və yaxşı maliyyə vəziyyəti olanlardır.

İndiki daxili işlər naziri Brüno Rötayonun səs toplama ehtimalı 8-10 faizdir. Loran Vokye isə 4,5 faizlə kifayətlənməli olub.

Sorğuya görə solçulardan Rafael Qluksman Jan-Luk Melanşonu qabaqlayaraq 10 faiz səs qazanacağına ümid edə bilər. İctimai rəyə görə solçu seçicilərin səsi çox dağınıqdır.

Mübariz FEYİZLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:424
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Aprel 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see569

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see527

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see368

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see273

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see247

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see246

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see239

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see236

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see234

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see215

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see213

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see210

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see209

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see206

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see205

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see204

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see203

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see198

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri