Icma.az
close
up
RU
Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İrana zərbə endirmək fikrini dəyişəndə hərbçilər artıq İrana hücum planı hazırlamışdılar və vitse-prezident Vens və dövlət katibi Marko Rubio kimi yüksək vəzifəli şəxslərlə qeyri-rəsmi brifinqlər keçirmişdilər.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” nəşri məlumat yayıb.

Nəşr iddia edib ki, Trampın çərşənbə axşamı hərbi nazir Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi general Den Keyn də daxil olmaqla, yüksək vəzifəli şəxslərlə bəzi planları müzakirə etmək üçün görüşməsi planlaşdırılırdı, lakin o, iclasda iştirak etməyib. ABŞ rəsmilərinin bildirdiyinə görə, çərşənbə axşamı Tramp zərbə əmri verməyə meylli olub və Pentaqona İrana zərbəyə hazırlaşmaq tapşırığı verib.

“ABŞ ordusu prezidentin ertəsi gün zərbə üçün son əmri verəcəyini gözləyirdi. Çərşənbə səhəri ABŞ ordusu Amerika hava qüvvələrinin bölgədəki əsas komandanlıq mərkəzi olan Qətərdəki Əl-Udeyd hava bazasından bəzi personalı təxliyə etdi. Lakin Tramp alternativ baxışları dinlədi”, - məlumatda qeyd edilib.

Amerika rəsmilərinin fikrincə, ABŞ sadəcə qısa bir hava hücumu ilə rejimi devirəcəyinə əmin deyildi və İranın hərbi və mülki hədəflərini bombalamağın üsyana kömək edib-etməyəcəyi bilinmirdi.

Prezidentin köməkçiləri bildiriblər ki, ABŞ-ın Amerika qoşunlarını və müttəfiqlərini qoruya biləcək genişmiqyaslı və davamlı hücum aparmaq üçün bölgədə lazımi hərbi aktivləri yoxdur.

İsrail və ərəb ölkələrindəki rəsmilər də Vaşinqtona indi hücum üçün uyğun vaxt olmadığını bildiriblər.

Yaxın Şərq liderlərinin fikrincə, İrandakı vəziyyət çox qeyri-sabit idi və etirazlar artıq əsasən yatırılmışdı. Bundan əlavə, İran hökuməti Amerika hava hücumları nəticəsində çökərdisə, müxalifətə kimin rəhbərlik edəcəyi bəlli deyildi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Yanvar 2026 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri