Icma.az
close
up
RU
Tramp son anda İrana hücumdan niyə imtina edib?

Tramp son anda İrana hücumdan niyə imtina edib?

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi əməliyyatların qısa müddətli və həlledici xarakter daşımasını, uzunmüddətli münaqişəyə çevrilməməsini istəyir.

KONKRET.az xəbər verir ki, NBC News bu barədə Ağ Evdə aparılan müzakirələrlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp bu mövqeyini milli təhlükəsizlik üzrə müşavirləri ilə görüşlərdə açıq şəkildə ifadə edib. Lakin güc strukturlarının nümayəndələri hərbi müdaxilənin İran rejiminin tez bir zamanda zəifləməsinə və ya süqutuna gətirib çıxaracağına zəmanət verə bilməyiblər. Administrasiyada eyni zamanda, Tehranın mümkün genişmiqyaslı cavab addımlarından narahatlıq var. Bu cavablar ABŞ-ın regiondakı hərbi obyektlərini, eləcə də İsrail daxil olmaqla ABŞ müttəfiqlərini hədəfə ala bilər.

“The Washington Post” yazır ki, İran tərəfi ABŞ-ın zərbəsi olacağı təqdirdə cavab tədbirlərinin Qətəri də əhatə edəcəyinə işarə verib. Bu fonda ABŞ və Böyük Britaniya hərbçilərinə daha əvvəl Yaxın Şərqdə ABŞ-ın ən böyük hərbi obyekti sayılan Əl-Udeyd aviabazasını tərk etmək tövsiyə olunub.

NBC News-un mənbələri bildirir ki, ilkin mərhələdə Tramp məhdud hərbi əməliyyata sanksiya verə bilər. Həmçinin vəziyyətin inkişafından asılı olaraq eskalasiya imkanını açıq saxlayır.

Telekanalın məlumatına görə, ABŞ prezidenti İran hakimiyyətinin kütləvi etirazları sərt şəkildə yatırmağa davam edəcəyi halda birbaşa müdaxilə variantını da nəzərdən keçirir. Vitse-prezident Cey Di Vensin sədrliyi ilə keçirilən müşavirələrdən birində Trampa ölənlərin sayı ilə bağlı yenilənmiş qiymətləndirmələr və Pentaqon tərəfindən hazırlanmış yeni hərbi ssenarilər təqdim olunub. Hələlik yekun qərar verilməyib.

ABŞ-da yerləşən Human Rights Activist News Agency (HRANA) hüquq-müdafiə təşkilatının məlumatına görə, dekabrın sonundan bəri İranda azı 2403 nəfər həlak olub, təxminən 18 min nəfər saxlanılıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Yanvar 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri