Ən böyük alıcılardan biri Rusiya neftindən imtina edib
Icma.az, Reyting.az portalına istinadən məlumat verir.
ABŞ prezidenti Donald Trampın 100 faizlik rüsum tətbiqi hədəsindən sonra Hindistanın ən böyük dövlət neft emalı zavodları Rusiya neftinin alışını dayandırıblar.
Reyting.az xəbər verir ki, bunu “Reuters” sənaye mənbələrinə istinadla yazıb.
Qeyd olunur ki, Hindistan neft emalı zavodları keçən həftə Rusiya neftini almağı dayandırıblar.
Neft alışını dayandıran şirkətlər sırasına “Indian Oil Corp”, “Hindustan Petroleum Corp”, “Bharat Petroleum Corp” və “Mangalore Refinery Petrochemical Ltd” daxildir. Bu şirkətlər Hindistanın emal gücünün 60 faizinə nəzarət edir.
Onu da qeyd edək ki, Hindistan dünyanın üçüncü ən böyük neft idxalçısıdır. Son illər ölkə dəniz yolu ilə nəql edilən Rusiya neftinin ən böyük alıcılarından birinə çevrilib. ABŞ prezidenti Donald Tramp bəyanatlarında Moskvanın ticarət tərəfdaşlarını sərt rüsumlarla hədələyərək Rusiya və Hindistanın iqtisadi maraqlarını nəzərə almaq niyyətində olmadığını vurğulayıb. Bu bəyanatlar Hindistan neft emalı zavodlarının satınalma siyasətini dəyişmək məcburiyyətində qoyub.
V. QULİYEV
Bu mövzuda digər xəbərlər:Hindistan Rusiya neftindən imtina edir
23 Yanvar 2025 18:45
Orban Rusiya neftindən İmtina edir...
31 Oktyabr 2025 20:05
Macarıstan Rusiya neftindən İMTİNA EDİB? Baş nazir açıqladı
02 Oktyabr 2025 08:54
“Türkiyə Rusiya neftindən imtina edir“ Bloomberg“
20 Mart 2025 09:55
Hindistan Rusiya neftindən imtina etməyə hazırdır...
17 İyul 2025 20:44
Baxış sayı:111
Bu xəbər 01 Avqust 2025 00:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















